. Love.az

Kamil Allahyarov - Wikipedia - Love.az

Ana Səhifə - Kamil Allahyarov

Kamil Allahyarov — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Elmi inkişaf və tədris layihələri" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor.[1]

Kamil Allahyarov
Kamil Hüseyn oğlu Allahyarov
Doğum tarixi 22 sentyabr 1950 (74 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı professor
İş yeri AMEA
Təhsili
  • Bakı Dövlət Universiteti

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Kitabları
  • 4 Tərcümələri
  • 5 İstinadlar

Həyatı

redaktə

22 sentyabr 1950-ci ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin Fars filologiyası bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1975-ci illərdə Sovet ordusu sıralarında Əfqanıstanda tərcüməçi-zabit kimi xidmət etmişdir.

Elmi fəaliyyəti

redaktə

1975-ci ildə AMEA Əlyazmalar İnstitutunun aspiranturasına daxil olub, 1978-ci ildə "Əmir Şahi Səbzəvari divanının teksoloji tədqiqi" mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə "Azərbaycan şeir sənətinin genezisi, formalaşması və təkamül yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-cü ildə professor elmi adı almışdır. 14 kitabın və 200-ə yaxın elmi məqalənin müəllifidir. Əsərləri Rusiyada, İranda, Türkiyədə, Koreyada və başqa ölkələrdə çap olunmuşdur.

  Vikimənbədə Müəllif:Kamil Allahyarov ilə əlaqəli mətnlər var.
  Vikikitabda Kamil Allahyarov/Biblioqrafiya mövzusuna dair mətn var.

Kitabları

redaktə
  1. Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində. (C. Qəhrəmanovla birlikdə) Bakı: Elm, 1987 (rus di-lində).-84 s.
  2. Azərbaycan şeir mədəniyyəti (yaranma və təkamül dövrü). Bakı: Ozan, 1996.-87s.
  3. Füzuli ensiklopediyası (sözlük). R. Hüseynov və b. ilə birlikdə Bakı: Nurlan, 2005.-132 s.
  4. Qədim Turan: mifdən tarixə doğru. Bakı: MBM, 2006.-120 s.
  5. Şahi divanının tənqidi mətni. Bakı: Nurlan, 2007.-226s.
  6. Fars əlyazmaları kataloqu. III c. M. Nağısoylu və b. ilə birlikdə. Bakı: Nurlan, 2007.-446 s.
  7. Mifin mənşəyi, mahiyyəti və tipologiyası. Bakı: Elm və təhsil, 2010.-180 s.
  8. Azərbaycan şeir sənətinin genezisi, formalaşması və təkamül yolları. Kirov: Vyatka Dövlət Universiteti nəşr.-tı, 2011 (rus dil.-də).-179 s.
  9. Fars əlyazmaları kataloqu (tarix və coğrafiyaya aid əsərlər). (H. Nəcəfov və b. ilə birlikdə). Bakı: Elm və təhsil, 2013. — 378 s.
  10. Elmi mübahisələr. Bakı: Elm və təhsil, 2015. — 160 s.
  11. Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində. Gəncə: AMEA Gəncə bölməsi, 2016. — 245 s.

Tərcümələri

redaktə
  1. Təzkireyi-Nəvvab (Fars dilindən tərcümə). N. Qarayev və b. ilə birlikdə. Bakı: Azərbaycan nəşr.-tı, 1998.-560 s.
  2. Mir Məhəmməd Hüseyn Mömin. Həkim Möminin təhfəsi (Fars dilindən tərcümə, müqəddimə və izahlar). Bakı: Elm və təhsil, 2013.-371 s.
  3. Birlayn C. F. Paralel mifologiya (Rus dilindən tərcümə). Bakı: Elm və təhsil, 2014.-288 s.

İstinadlar

redaktə
  1. ↑ "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin quruluşu". 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamil_Allahyarov&oldid=7144265"
LOVE.AZ