Kamza (alb. Kamëz) — Albaniyada şəhər və bələdiyyə. Tirana şəhərinin yaxınlığında yerləşir və faktiki olaraq Tirana şəhərinin şəhərətrafı ərazisi rolunu oynayır.
Kamza | |
---|---|
![]() | |
41°23′ şm. e. 19°46′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 55 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +355 204 |
Poçt indeksi | 1030 |
Nəqliyyat kodu | TR |
Digər | |
kamza.gov.al | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Tirana şəhərinin yaxınlığında[2], Tirana əyalətinin tərkibində yerləşir. Bələdiyyə olaraq, 2015-ci ildə yerli hökumət islahatlarında keçmiş Kamez və Paskuqan bələdiyyələrinin birləşməsi nəticəsində formalaşıb və vahid bələdiyyəyə çevrilib.[3] Bələdiyyənin yerləşdiyi yer Kamez şəhəridir.
Kamza bələdiyyəsi Kamza şəhərindən və aşağıdakı kəndlərdən ibarətdir:
Kamza Qədim İlliriya kəndinin yerində yerləşir. Əraziyə İmperator I Yustinian və ya Belisariusun səfər etmiş ola biləcəyi ehtimal edilir.
1990-cı illərdən əvvəl Kamza seyrək məskunlaşan və əsasən kənd təsərrüfatı ərazisi idi. Lakin 1990-cı illərdən sonra, Albaniyada əhalinin kütləvi olaraq şəhərlərə hərəkətindən sonra, bu əraziyə Albaniyanın hər yerindən kütləvi əhalinin axını başlayır. Məskunlaşmanın sürtələ artması ərazini şəhərə çevirir. Yeni yaranan şəhərin Donald Tramp küçəsi kimi beynəlxalq şəxsiyyətlərə, digər ölkələrin paytaxt şəhərlərinə və təşkilatlara aid küçə adları olduğu bilinir.
Şəhərin əsas futbol komandası KS Kamza, Albaniyanın İkinci Divizionunda çıxış edir və ev oyunlarını Kamza idman sahəsində (alb. Fusha Sportive Kamëz) keçirir.
Şəhərin basketbol komandası olan "BC Kamza Basket" basketbol komandası 6 dəfə ölkə çempionu olub.