. Love.az

Kanar Finiki - Wikipedia - Love.az

Ana Səhifə - Kanar Finiki

Kanar finiki (lat. Phoenix canariensis) — bitkilər aləminin arekaçiçəklilər dəstəsinin arekakimilər fəsiləsinin finik cinsinə aid bitki növü.

Kanar finiki
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Klad:
Kommelinidlər
Dəstə:
Arekaçiçəklilər
Fəsilə:
Arekakimilər
Yarımfəsilə:
Coryphoideae
Triba:
Phoeniceae
Cins:
Finik
Növ:
Kanar finiki
Beynəlxalq elmi adı
  • Phoenix canariensis H.Wildpret, 1882[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  504333
NCBI  113250
EOL  1135089

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Heterotipik sinonimləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Arealı

redaktə

Kanar adalarıdr. Bu növ Aralıq dənizyanı ölkələrin quru subtropik bölgələrində, Şimali Afrikada da geniş yayılmışdır.

Botaniki xarakteristikası

redaktə

Təbiətdə bitkinin hündürlüyü təxminən 10–15 m-ə çatır. Yarpaqları kənarlara yayılmış, ensiz lələkvari, iridir, uzunluğu 30-200 sm-ə çatan, bir az əyilmiş, göyümtül-yaşıl rənglidir. Yaşlı nüsxələrinin yarpaqlarının sayı 50-yə çatır, ikievlidir. Uzunluğu 1-2 sm olan saplaqları möhkəm iynələrlə örtülmüşdür. Toxumla çoxaldılır.

Ekologiyası

redaktə

Rütubətsevəndir. Quraqlıqda yarpaqların ucları qonurlaşır.

Azərbaycanda yayılması

redaktə

Azərbaycanın rütubətli subtropik zonalarında, xüsusilə Abşeron, Lənkəran, Astara bölgəsində palmanın bu növü mədəni şəraitdə becərilir. Mərdəkan dendrarisində həm erkək, həm də dişi nüsxələri vardır.

İstifadəsi

redaktə

Bu növ il ərzində dekorativ görünüşlü olur. Meyvələri təzə halda qidad istifadə edilir. Tərkibində 70%-ə qədər şəkər vardır. Cavan bitkilər hər il, 5 yaşından yuxarı bitkilər isə lazım olduqda köçürülür.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Phoenix canariensis Nabonnand
  • Phoenix canariensis var. porphyrococca Vasc. & Franco
  • Phoenix cycadifolia Regel
  • Phoenix dactylifera var. jubae Webb & Berthel.
  • Phoenix erecta Sauv.
  • Phoenix jubae (Webb & Berthel.) Webb ex Christ
  • Phoenix macrocarpa Sauv.
  • Phoenix menieri Cochet
  • Phoenix senegalensis Lesch. ex André
  • Phoenix tenuis B.S.Williams
  • Phoenix vigieri Naudin

İstinadlar

redaktə
  1. ↑ http://www.ingentaconnect.com/contentone/iapt/tax/2013/00000062/00000006/art00029.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kanar_finiki&oldid=8098706"
LOVE.AZ