. Love.az

Kandidu Pontinari - Wikipedia - Love.az

Ana Səhifə - Kandidu Pontinari

Kandidu Portinari (29 dekabr 1903, Brodovski - 6 fevral 1962, Rio de Janeyro) - Braziliya rəssamı.

Kandidu Portinari
Candido Portinari
Kandidu Portinari 1936-cı ildə (ən solda)
Kandidu Portinari 1936-cı ildə (ən solda)
Doğum adı Candido Portinari
Doğum tarixi 29 dekabr 1903
Doğum yeri Brodovski, Braziliya Braziliya.
Vəfat tarixi 6 fevral 1962 (58 yaşında)
Vəfat yeri Rio de Janeyro, Braziliya Braziliya
Vəfat səbəbi zəhərlənmə
Milliyyəti braziliyalı
Vətəndaşlığı Braziliya Braziliya
Fəaliyyəti rəssam, siyasətçi, boyakar[d]
Təhsili ENBA
Stil neo-realizm
Tanınmış işləri "Qurunun kəşfi"
"Müharibə və Sülh"
Mükafatları "Mədəniyyət xidmətlərinə görə" ordeni (Braziliya) — 2003
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Kandidu Portinari İtaliyadan köçüb gələn ailənin oğlu kimi 29 dekabr 1903-cü ildə Braziliyanın Sao Paulo şəhərinin yaxınlığında yerləşən qəhvə sənayesi bölgəsi olan Brodovskidə anadan olmuşdur.

 
"Qurunun kəşfi" (1941)

Rio de Janeyroda incəsənət akademiyasında təhsil aldıqdan sonra 1928-ci ildə qızıl medal ilə təltif edilərək Parisə səyahət etmək imkanı qazanmışdır. 1928-1930 illərində Parisdə qalan rəssam 1930-cu ildə Braziliyaya qayıtmışdır.

Növbəti illərdə o, Braziliya Kommunist Partiyasına üzv olmuş və 1947-ci ildə senat seçilmişdir. Amma kommunistlərə qarşı aparılan işlər nəticəsində Uruqvaya sığınmağa məcbur olmuşdur. 1951-ci ildə yenidən Braziliyaya qayıtmışdır. Həyatının son illərində bir çox xəstəliklə mübarizə aparmalı olan Portinari 1962-ci ildə istifadə etdiyi keyfiyyətsiz rəsm ləvazimatları səbəbi ilə ölmüşdür.

Rəssamlıq karyerası boyunca əsərlərinin çoxunu memar Oskar Nimeyer ilə birlikdə yaratmışdır. Braziliyanın dörd bir tərəfində əsərləri sərgilənməyə davam edir. Hazırda BMT-nin Nyu Yorkdakı qərargahında "Müharibə və Sülh" adlı rəsm əsərləri də sərgilənməkdədir.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kandidu_Portinari&oldid=6013239"
LOVE.AZ