. Love.az

Kansay Yamamoto - Wikipedia - Love.az

Ana Səhifə - Kansay Yamamoto

Kansay Yamamoto (山本 寛斎, Yamamoto Kansay?, 8 fevral 1944[1][2], Yokohama – 21 iyul 2020[3][4][…], Tokio) – Yaponiya dəb dizayneri. Avanqard kolleksiyalarına və Devid Boui ilə əməkdaşlığına görə tanınır.[5] 2020-ci ildə leykoz xəstəliyindən ölmüşdür.[5]

Kansay Yamamoto
yap. 山本 寛斎
Doğum tarixi 8 fevral 1944(1944-02-08)[1][2]
Doğum yeri
  • Yokohama, Kanaqava prefekturası, Yaponiya
Vəfat tarixi 21 iyul 2020(2020-07-21)[3][4][…] (76 yaşında)
Vəfat yeri
  • Tokio, Yaponiya
Vəfat səbəbi leykoz
Təhsili
  • Nihon Universiteti[d] (1962–1964)
Fəaliyyəti dəb dizayneri
kansai-inc.co.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Üslubu
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Kansay Yamamoto 1944-cü ildə doğulmuşdur.[5] İnşaat mühəndisliyi üzrə təhsil aldıqdan sonra dəb ilə maraqlanmağa başlamışdır.[5] 1971-ci ildə Londonda çıxış edən ilk Yaponiya dizayneri olmuşdur.[6] Bu çıxışından sonra teatr dizaynları beynəlxalq uğur qazanmışdır.[5]

Bu dövrdə Elton Con, Con Lennon və Stivi Vander kimi musiqiçilərlə dostluq əlaqələri qurmuşdur.[6] Londondakı uğuru Devid Bouinin diqqətini cəlb etmiş və 1973-cü ildə onunla əməkdaşlıq qurmuşdur.[6] Yamamoto 2016-cı ildə verdiyi müsahibədə qeyd etmişdir ki, Boui onun Londonda satılan qadın geyimlərini tapdıqdan sonra onunla maraqlanmağa başlamışdır.[5]

Yamamoto Boui üçün bir çox səhnə kostyumu hazırlamışdır: kombinezonlar, bədən kostyumları, plaşlar və enli şalvarlar.[5] O, müğənninin 1973-cü ildəki "Aladdin Sane" turnesi üçün kostyumlar hazırlamış, Bouinin Ziqqi Stardast personajının yaradılmasında kömək etmişdir.[5]

Yamamoto 1970 və 1980-ci illərdən sonra kimonoya müasir baxış gətirmiş, Yaponiyaya məxsus basara konsepsiyasına yönəlmiş, qalın və cürətli dizaynlar yaratmağa başlamışdır.[5] O, 2018-ci ildə Louis Vuitton üçün kabuki motivlərinə malik kolleksiya nümunələri yaratmışdır.[5] O, Moskvanın Qırmızı meydanı və Londonun Viktoriya və Albert muzeyi kimi məkanlarda tədbirlər təşkil etmişdir.[5]

Üslubu

redaktə

Yamamoto drammatik dizaynları ilə tanınsa da, ənənəvi Yaponiya paltarlarından ilhamlanmışdır.[6] Onun dizaynları şişirdilmiş ölçülərə malikdir.[6] Yamamoto dizaynlarında yakko, karesansui, kumadori kimi yapon elementlərindən istifadə etmişdir.[6] Bu elementləri birləşdirərək gözqamaşdıran rənglərlə təqdim etmişdir.[6]

Yamamotonun işləri Ceremi Skott və Mark Ceykobs kimi dizaynerlərə həsr göstərmişdir.[6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Kansai Yamamoto // Kunstindeks Danmark (dan.).
  2. ↑ 1 2 Kansai Yamamoto // Nationalencyklopedin (швед.). 1999.
  3. ↑ 1 2 Muere el diseñador japonés Kansai Yamamoto a los 76 años por leucemia. Agencia EFE, 2020.
  4. ↑ 1 2 Le créateur de mode japonais Kansai Yamamoto est mort (fr.). // Le Monde / J. Fenoglio Paris: Société éditrice du Monde, 2020. ISSN 0395-2037; 1284-1250; 2262-4694
  5. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Kansai Yamamoto, fashion designer, dies age 76". CNN (ingiliscə). 27 iyul 2020. 28 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2022.
  6. ↑ 1 2 3 4 5 6 7 8 "Kansai Yamamoto, Japanese fashion designer, leaves behind a legacy of revolutionary designs". CoBo (ingiliscə). 28 iyul 2020. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2022.

Xarici keçidlər

redaktə
  • Rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kansay_Yamamoto&oldid=7249367"
LOVE.AZ