Karl Foy (alm. Karl Foy; 17 noyabr 1856[1][2][…], Lüdviqslust[d], Prussiya – 25 mart 1907[1][2][…], Berlin, Almaniya imperiyası) — alman filoloqu, şərqşünas-türkoloq, şair.[5] Almaniyanın türkologiya üzrə ilk professoru.[6]
Karl Foy | |
---|---|
Doğum tarixi | 17 noyabr 1856(1856-11-17)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 mart 1907(1907-03-25)[1][2][…] (50 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | türkologiya, müasir yunan dili[d] |
Təhsili | |
Elmi rəhbəri | Georq Kurtsius |
Tanınmış yetirmələri | Karl Süshaym[d][3][4][…], Fridrix Müller[d][3][4][…] |
Karl Artur Filipp Henrix Foy şimal-şərqi Almaniyanın Lüdviqslust şəhərində anadan olmuşdur. Erkən yaşlarından yunan dilinə həvəs göstərmiş, Leypsiq Universitetində yunan filologiyası oxumuşdur. Alman filoloqu Georq Kurtsiusun tələbəsi olmuşdur.[7] 1879-cu ildə "Yunan vulqar dilinin fonetik sistemi" (alm. Save result Lautsystem der griechischen Vulgärsprache) adlı ilk əsəri çap edilmişdir.[5]
Daha sonra İstanbulda Odisey Neqroponte ailəsinin yanında qalmış, türk və alban dillərini öyrənmişdir. Bu məşhur yunan ailənin Parisə getməsindən sonra Böyükadada qalmış, daha sonra Yunanistana getmişdir. 1890-cı ildə Almaniyaya dönərək Berlindəki Şərq Dilləri Seminarı (alm. Seminar für Orientalische Sprachen) institutunda türk dili müəllimi olaraq çalışmışdır. Avqust Fişer ilə birgə "Şərq Dilləri Seminarının Xəbərləri" (alm. Mitteilungen des Seminars für Orientalische Sprachen) jurnalının "Qərbi Asiya Tədqiqatları" bölməsinin redaktoru olmuşdur.[5]
Türkologiya sahəsində Karl Foy fonetika problemləri üzrə ixtisaslaşmışdır. Osmanlı türkcəsi ilə Azərbaycan türkcəsinə "Güney türkcəsi" adını verərək, Anadolu və Azərbaycan coğrafiyalarındakı dialektləri incələmişdir.[5] K. Foy Azərbaycan dilini tədqiq edilməsində böyük nailliyyətləri olmuşdur. Onun 1903–1904-cü illərdə nəşr olunmuş Azərbaycan dilinin qrammatikası bir neçə onilliklər ərzində (sovet dilçilərinin əsərləri üzə çıxana qədər) Qərbdə bu dilin nümunəvi qrammatik təsviri olmuşdur (bu əsər 2011-ci ildə yenidən nəşr edilmişdir).[8] Onun başqa türk dillərinin də öyrənilməsində böyük xidmətləri olmuşdur. Xüsusilə alman ekspedisiyaları tərəfindən aşkar edilmiş manixey qrafikası ilə yazılmış Turfan fraqmentlərini tədqiq edən ilk alman türkoloqudur.[9]