Karlos Salinas de Qortari (isp. Carlos Salinas de Gortari; 3 aprel 1948[1][2], Mexiko) — Meksika siyasətçisi, 1 dekabr 1988-ci ildən 30 noyabr 1994-cü ilə qədər Meksika Prezidenti.
Karlos Salinas de Qortari | |
---|---|
isp. Carlos Salinas de Gortari | |
![]() | |
1 dekabr 1988 – 30 noyabr 1994 | |
Əvvəlki | Migel de la Madrid |
Sonrakı | Ernesto Sedilyo |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1948(1948-04-03)[1][2] (77 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() |
![]() |
|
![]() |
Karlos Salinas 3 aprel 1948-ci ildə Mexikoda anadan olmuşdur. O, 1969-cu ildə Meksika Milli Muxtar Universitetini iqtisadiyyat ixtisası üzrə bitirmişdir. O, Harvard Con F. Kennedi Dövlət İdarəçilik İnstitutu və Harvard İncəsənət və Elmlər İnstitutunda 1973-cü ildə dövlət idarəçiliyi üzrə magistr dərəcəsi, 1976-cı ildə magistr dərəcəsi və 1978-ci ildə siyasi iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi əldə etmişdir. Meksikaya qayıtdıqdan sonra alma-materində professor olmuşdur. Tələbəlik illərindən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmasına baxmayaraq, Migel de la Madridin prezidentliyi dövründə 1982–1987-ci illərdə xidmət etdiyi Planlaşdırma və Büdcə Bürosunun katibi təyin olunana qədər rəsmi olaraq İPP təmsilçisi deyildi.[3]
6 iyul 1988-ci ildə keçirilən prezident seçkilərində 50,7 səs toplayaraq qalib gəlmişdir. Rəsmi nəticələrin açıqlanması etirazlara səbəb olmuşdur. O, prezidenliyi dövründə neoliberal islahatlar həyata keçirmişdir.[3]
Vikianbarda Karlos Salinas de Qortari ilə əlaqəli mediafayllar var. |