. Love.az

Karniol Skopoliyasi - Wikipedia - Love.az

Ana Səhifə - Karniol Skopoliyasi

Karniol skopoliyası (lat. Scopolia carniolica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin skopoliya cinsinə aid bitki növü.

Karniol skopoliyası
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Quşüzümüçiçəklilər
Fəsilə:
Quşüzümükimilər
Yarımfəsilə:
Solanoideae
Triba:
Hyoscyameae
Cins:
Skopoliya
Növ:
Karniol skopoliyası
Beynəlxalq elmi adı
  • Scopolia carniolica Jacq.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  505090
NCBI  258457
EOL  485031

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Tərkibi və təsiri
  • 3 Sinonimləri
    • 3.1 Homotipik sinonimləri
    • 3.2 Heterotipik sinonimləri
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Çoxillik ot bitkisi olub, horizontal, şişman, lətli, zəif gövdəli kökümsovu vardır. Gövdənin hündürlüyü 80 sm, açıq-yaşıl, demək olar ki, əsası bənövşəyi rənglidir. Yarpaqları yaşıl, saplaqlı, uzunsov-yumurtaşəkilli, zirvəsi itiuclu, bütövkənarlı və ya zirvəsi 1-2 dişlidir. Çiçəkləri başı aşağı əyilmiş, tək, uzunluğu 2-2,5sm, çiçək saplağı uzun, zənğşəkilli, 5 dişli, tacın xarici hissəsi tünd qırmızı-bənövşəyi, daxili isə sarımtıl-qonur rənglidir. Meyvələri dairəvi olub, açılandır.

Kökümsovlarını erkən yazda, yayın sonunda toplamaq lazımdır. Kökümsovlarını kürək və çəngəllə torpaqdan çıxararaq yumaq və qurutmaq lazımdir. Xammal toplandıqdan 10-15 il ərzində biosenoz bərpa edilir. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda 1-2 sm qalınlığında sərilməli, qutucuqları günəş altında və ya 40ОС temperaturda quruducu şkafda qurudulmalıdır.

Zəif iyə və məlum olmayan dada malikdir.

Tərkibi və təsiri

redaktə

Bütün orqanlarında 0,9% (tropan sırası), hiosçiamin və skopolamin alkaloidləritapılmışdır. Kökümsovlarının tərkibində 0,4% hiosçiamin toplanmışdır. Qutucuğun tərkibində 0,55%, toxumlarının tərkibində isə 0,31% skopolamin alkaloidi toplanmışdır.

Yabanı ot bitkisi olan skopolianın kökümsovu keyfiyyətli xammal və dərman hesab edilir. Kökümsovlarının tərkibində çoxlu miqdarda skopolamin vardır.

Kökündən atropin sulfat, hiosçiamin, kamfora, skopolamin hidro-bromid, skopolamin kamfora alınır. Skopolamin sinir-psixi praktikada kamfora, hiosçiamin və skopolamin "aeron" həbinin hazırlanmasında istifadə edilir ki, bu da dəniz xəstəliklərində istifadə edilir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Scopolina carniolica (Jacq.) Kuntze

Heterotipik sinonimləri

redaktə
  • Atropa ambigua Salisb.
  • Hyoscyamus chloranthus Wender.
  • Hyoscyamus scopolia L.
  • Scopolia atropoides Bercht. & J.Presl
  • Scopolia carniolica var. violacea Semenova
  • Scopolia hladnikiana Fleischm. ex Nyman
  • Scopolia scopolia (L.) H.Karst.
  • Scopolia trichotoma Moench
  • Scopolia tubiflora Kreyer
  • Scopolina atropoides Schult.
  • Scopolina carniolica Schur
  • Scopolina hladnikiana Freyer ex W.D.J.Koch
  • Scopolina viridiflora Freyer ex W.D.J.Koch

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Karniol_skopoliyası&oldid=7888589"
LOVE.AZ