. Love.az

Scopolia - Wikipedia - Love.az

Ana Səhifə - Scopolia

Skopoliya (lat. Scopolia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.

Skopoliya
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Quşüzümüçiçəklilər
Fəsilə:
Quşüzümükimilər
Yarımfəsilə:
Solanoideae
Triba:
Hyoscyameae
Cins:
Skopoliya
Beynəlxalq elmi adı
  • Scopolia Jacq.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  500549
NCBI  221161
EOL  61438

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Yayıldığı areal
  • 3 Sinonimləri
    • 3.1 Heterotipik sinonimləri
  • 4 Növləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Zəhərli ot bitkisidir. Bitkini çax vaxt səhvən mandiraqora adlandırılar. Kökümsoyu horizontal, ətli düyünvari, bəzi yerlərində keçənilki budaqlara bərkiyərək çox da dərin olmayan nahiyyədə qalır. Kökümsoy hissəsindən bir neçə sulu gövdələr çıxır ki, yabanı növlərində onun hündürlüyü 20-50 sm, becərilən növündə isə 100 sm-ə çatır. Yarpqaları bütöv kənarlı, yumurtavari, ucu biz formasında, gödək qıraqlıdır. Gövdəsinin aşağı qurtaracaq hissəsində yarpaq əvəzi pulcuqlar olur ki, bu da çiçəkləyəndən sonra tökülür. Çiçəkləri tək-tək başıaşağı vəziyyətdə olub, uzun çiçək və uzun saplaqlı, zınqrov formalı, beş dişicikli, beş erkəkciklidir. Çiçək gövdə üzərindəki cüt yarpaqların arasından çıxır. Tacı xarici tərəfdən qonur, tünd mavi, daxili hissədən isə tünd yasəməni, zoğu sarımtıl, qonur rəngdədir. Meyvəsi asıla bilən iki yuvalı qutucuqdur. Yetişən dövrdə yarpaqları açılır. Aprel-may aylarında çiçəkləyir.

Yayıldığı areal

redaktə

Skopoliya Cənubi Alp dağlarına mənsub olan və Moldova, Karpat və Şimali Qafqazın çürüntü ilə zəngin olan yumşaq torpaqlı və iri yarpaqlı qarışıq meşələrin kölgəliklərində yetişir. Əsasən, Krasnodar vilayətində tədarük olunur. Skopoliya dekarativ bitki kimi bağ və parklarda yetişdirilir.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Scopolina Schult.

Növləri

redaktə
  • Karniol skopoliyası (Scopolia carniolica Jacq.)
  • Scopolia caucasica Kolesn. ex Kreyer
  • Scopolia japonica Maxim.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Skopoliya&oldid=7888604"
LOVE.AZ