. Love.az

Kastiliyali Beatrisa 1242 1303 - Wikipedia - Love.az

Ana Səhifə - Kastiliyali Beatrisa 1242 1303
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Kastiliyalı Beatris.

Kastiliyalı Beatris (isp. Beatriz de Castilla) (1242[1][2], Saraqosa, Araqon muxtar birliyi – 27 oktyabr 1303[1]) — Portuqaliya kralı III Afonsonun ikinci xanımı, Portuqaliyanın kraliça-konsortu.

Kastiliyalı Beatrisa
port. Beatriz de Castela e Gusmão
Portuqaliya kralının xanımı
1253 – 16 fevral 1279
ƏvvəlkiII Bulonlu Matilda
SonrakıAraqonlu Elizabet
Şəxsi məlumatlar
Doğum tarixi 1242[1][2]
Doğum yeri
  • Saraqosa, Saraqosa vilayəti[d], Araqon muxtar birliyi, İspaniya
Vəfat tarixi 27 oktyabr 1303(1303-10-27)[1]
Atası Müdrik X Alfonso[d]
Həyat yoldaşı
  • III Afonso (1254–)
Uşaqları
  • I Diniz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Kastiliya kralı X Alfonso, anası isə onun məşuqəsi Mayor de Quzmandır. Alqavra bölgəsi uğrunda Portuqaliya krallığı ilə sülhü təmin etmək üçün atası onu 1253-cü ildə Portuqaliya kralı III Afonsoyla evləndirdi. Sülh şərtlərinə görə, Kastiliya Alqavra bölgəsi üzərindəki bütün haqlarından əl çəkəcək, cütlüyün doğulan ilk oğlan uşağı 7 yaşına gəldikdə bölgənin hakimi elan olunacaqdı. Ancaq bu evlilik Portuqaliya sarayında skandala səbəb oldu. Belə ki, III Afonso hələ də ilk xanımı olan Bulonlu Matilda ilə evli idi. Xanımının 1255-ci ildə onu Roma papası IV Aleksandra şikayət etməsinin ardından, III Afonso 1258-ci ildə ikiarvadlılıqda təqsirli görüldü və onun ikinci evliliyi Roma-katolik kilsəsi tərəfindən tanınmadı. Üstəlik papanın istəyinə görə kral ilk xanımının cehizini geri qaytarmalı idi. Ancaq ertəsi il Bulonlu Matildanın vəfat etməsiylə bu məsələ həll oldu və kralın ikinci evliliyi kilsə tərəfindən tanındı.

Ərinin ölümünədək Portuqaliya sarayında nüfuz sahibi olan Beatris hər iki krallıq arasındakı münasibətlərin qorunmasında mühüm rol oynadı. Anasının vəfatının ardından ona aid mülkləri də öz adına alan Beatris bölgədəki Santa Klara kilsəsini də himayəyə aldı. 1279-cu ildə ərinin vəfatıyla böyük oğlu Denis Portuqaliya taxtına əyləşdi.

Ancaq oğlu I Denislə münasibətlərinin pisləşməsi səbəbilə 1282-ci ildə Sevilyaya geri döndü. O illərdə atası X Alfonso ilə ögey qardaşı İnfant Sanço arasında başlayan taxt mübarizəsi davam etməkdə idi. Bu taxt mübarizəsində atasına həm maddi, həm də siyasi dəstək verən Beatris atasının vəfat etdiyi 1284-cü ilədək onun yanında qaldı. 27 oktyabr 1303-cü ildə burada vəfat etdi.

Övladları

redaktə
  • Blanş (1259-1321), rahibə
  • I Diniz, Portuqaliya kralı
  • Afonso (1263-1312)
  • Sança (1264-1284)
  • Mariya (1265-1266)
  • Vinsent (1268)
  • Fernando (1269)

Mənbə

redaktə
  • González Jiménez, Manuel (2004). Alfonso X el Sabio. Barcelona: Publisher Ariel S. A. ISBN 84-344-6758-5
  • Salazar y Acha, Jaime de (1989). "Los descendientes del conde Ero Fernández, fundador de Monasterio de Santa María de Ferreira de Pallares". El Museo de Pontevedra (in Spanish) (43): 67–86. ISSN 0210-7791
  • Valdeón Baruque, Julio (2003). Alfonso X: la forja de la España moderna (in Spanish). Madrid: Ediciones Temas de Hoy, S.A. ISBN 84-8460-277-X

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Pas L. v. Beatriz of Castile // Genealogics (ing.). 2003.
  2. ↑ 1 2 Lundy D. R. Beatriz Alfonso de Castilla // The Peerage (ing.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kastiliyalı_Beatrisa_(1242–1303)&oldid=8154046"
LOVE.AZ