Katsumaro Akamatsu (赤松 克麿, Akamatsu Katsumaro?, 4 dekabr 1894[1], Yamaquçi prefekturası – 13 dekabr 1955[1]) – Yaponiya proletar milliyyətçisi, siyasi lider.
Katsumaro Akamatsu | |
---|---|
yap. 赤松克麿 | |
| |
Doğum tarixi | 4 dekabr 1894(1894-12-04)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 dekabr 1955(1955-12-13)[1] (61 yaşında) |
Həyat yoldaşı |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
![]() |
Katsumaro Akamatsu 1894-cü ildə Yaponiyanın Yamaquçi prefekturasında doğulmuş,[2] 1919-cu ildə Tokio Universitetindən məzun olmuşdur.[3]
Akamatsu fəaliyyətinə jurnalist kimi başlamışdır. "Minshu Shimbun" qəzetinin redaktoru işləmişdir.[2] Daha sonra 1922-ci ildə Yaponiya Kommunist Partiyasına qatılmış,[4] Yaponiya Əmək Partiyasında və 1923-cü ildə qurduğu Sosialist Xalq Partiyasında fəaliyyət göstərməyə başlamışdır. 1931-ci ildə baş verən Mancuriya insidentindən sonra dövlət sosializmini müdafiə edən Sosialist Xalq Partiyasından ayrılmış, nasionalizmə meyil etmişdir.[2] 1932-ci ildə Yaponiya Dövlətinin Sosialist Partiyasını qurmuşdur.[4]
Ənənəvi vətənpərvərliyə keçən Akamatsu 1933-cü ildə Kokumin Kyokay (azərb. Milliyyətçi Assosiasiya) təşkilatını yaradaraq imperatorun ilahiliyini müdafiə etməyə və milliyyətçiləri birbaşa hərəkətə keçməyə səsləmişdir.[2] 1937-ci ildə Yaponiya parlamentinə seçilmiş[3] və Yaponiya İslahat Partiyasının rəhbəri olmuşdur.[2]
1940-cı ildən İkinci Dünya müharibəsinin sonuna kimi İmperator Hakimiyyətinə Kömək Assosiasiyasının planlaşdırma bölməsində işləmişdir.[3] Çində xidmət göstərmiş, Yaponiya militarizmini dəstəkləmişdir.[4] Müharibədən sonra siyasətdə iştirakına qadağa qoyulmuşdur.[2] Kiçik bacısı Tsuneko Akamatsu Yaponiya parlamentinin Müşavirlər palatasında fəaliyyət göstərmişdir.[3]
"Yaponiyada həmkarlar ittifaqı hərəkatının inkişaf tarixi" və "Yaponiya sosial hərəkatın tarixi" əsərlərinin müəllifi olmuşdur.[3]