. Love.az

Katsumi Kuroita - Wikipedia - Love.az

Ana Səhifə - Katsumi Kuroita

Katsumi Kuroita (黒板勝美, Kuroita Katsumi?, 3 sentyabr 1874, Hasami[d] – 21 dekabr 1946[1], Şibuya, Tokio) – Yaponiya tarixçisi. O, Yaponiyada diplomatika elminin əsasını qoyan şəxslərdən biri olmuşdur.[2] O, qədim Yaponiya tarixi üzrə qabaqcıl tarixçilərdən biri olmuşdur.[3]

Katsumi Kuroita
yap. 黒板勝美
Doğum tarixi 3 sentyabr 1874(1874-09-03)
Doğum yeri
  • Hasami[d]
Vəfat tarixi 21 dekabr 1946(1946-12-21)[1] (72 yaşında)
Vəfat yeri
  • Şibuya, Tokio, Yaponiya
Təhsili
  • Tokio Universiteti
Fəaliyyəti esperantoçu, tarixçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı və karyerası
  • 2 Şəxsi həyatı
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat
  • 5 Xarici keçidlər

Həyatı və karyerası

redaktə

Katsumi Kuroita 1874-cü ilin sentyabrında Yaponiyanın Naqasaki prefekturasının Hasami qəsəbəsində doğulmuşdur.[4] O, Yohey və Mikiko Kuroitanın ən böyük oğlu olmuşdur.[5] 1890-cı ildə Omura orta məktəbini bitirmişdir.[6] 1896-cı ildə Tokio Universitetindən məzun olduqdan sonra Ukiçi Taquçinin redaktorluq etdiyi "Tokyo Keyzai" liberal iqtisadiyyat jurnalının heyətinə qatılmışdır.[3] Taquçi ilə birlikdə bir çox tarixi işin nəşrinə töhfə vermişdir: əhəmiyyətli klassik yazılar kolleksiyası olan "Qunşo Ruicu" və Yaponiya tarixi haqqında sənədlər kolleksiyası olan "Kokuşu Taykey".[2] 1905-ci ildə doktorat dərəcəsi əldə edərək Tokio Universitetinin köməkçi professoru olmuş[3] və Təhsil Nazirliyinin redaktor-tərtibçisi seçilmişdir. Yaponiyadakı tarixi yerlərin və incəsənət xəzinələrinin mühafizəsi ilə məşğul olmuşdur.[2] 1903-cü ildə öz komonco nəzəriyyəsini təqdim etmişdir.[7]

Kuroita 1905-ci ildə təhsil məqsədilə Avropaya göndərilmişdir. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin professoru, 1919-cu ildə universitetin tarix fakültəsinin baş tarix tərtibçisi təyin olunmuşdur. 1927-ci ildə Amerika və Avropaya səyahət etmişdir.[3]

Kuroita Yaponiyada esperanto hərəkatının qabaqcılı olmuşdur.[2] O, 1906-cı ildə esperanto dilini öyrənməyə başlamış və yapon esperanto təşkilatının ilk lideri olmuşdur.[8] 1906-cı ildə ilk esperantoca–yaponca lüğətinin müəllifi olmuşdur.[3] O, 1920-ci illərin əvvəlinə qədər Yaponiyanın aparıcı esperantoçularından biri olmuşdur.[8]

Şəxsi həyatı

redaktə

Kuroita 1898-ci ilin dekabrında Tokyoite Kennosukenin qızı olan Mizuno Kiyo ilə evlənmişdir.[9]

İstinadlar

redaktə
  1. ↑ 1 2 黒板勝美 // Article database of deceased artists. Tokyo National Research Institute for Cultural Properties.
  2. ↑ 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 316
  3. ↑ 1 2 3 4 5 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 746
  4. ↑ Yoshikawa. səh. 20
  5. ↑ Yoshikawa. səh. 23
  6. ↑ Yoshikawa. səh. 28
  7. ↑ Yoshikawa. səh. 67
  8. ↑ 1 2 Rapley, Ian. "Talking to the World: Esperanto and Popular Internationalism in Pre-war Japan" (PDF). Japan Society Proceedings. 2016: 76–89. 2023-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 aprel 2023.
  9. ↑ Yoshikawa. səh. 60

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe). Tokio: Kodansha. 1983. səh. 316. ISBN 0-87011-624-7. İstifadə tarixi: 12 aprel 2023.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 746. İstifadə tarixi: 12 aprel 2023.
  • Yoshikawa, Lisa. Making History Matter: Kuroita Katsumi and the Construction of Imperial Japan (ingiliscə). Harvard University Asia Center. 2017. ISBN 9780674975170. İstifadə tarixi: 12 aprel 2023.

Xarici keçidlər

redaktə
  • Kotobank saytında bioqrafiyası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Katsumi_Kuroita&oldid=6978495"
LOVE.AZ