. Love.az

Kay Donner - Wikipedia - Love.az

Ana Səhifə - Kay Donner

Kay Donner(isv. Kai (Karl) Reinhold Donner; 1 aprel 1888[2], Helsinki – 12 fevral 1935[2], Helsinki) — Fin etnoqrafı, dilçisi və siyasətçisi.

Kay Donner
Doğum tarixi 1 aprel 1888(1888-04-01)[2]
Doğum yeri
  • Helsinki, Nyuland quberniyası[d], Finlandiya knyazlığı, Rusiya imperiyası
Vəfat tarixi 12 fevral 1935(1935-02-12)[2] (46 yaşında)
Vəfat yeri
  • Helsinki, Uusimaa quberniyası[d], Finlandiya
Dəfn yeri
  • Hitaniemi qəbiristanlığı[d]
Elm sahələri etnologiya[1], dilçilik[1], siyasət[1]
İş yeri
  • Helsinki Universiteti
Təhsili
  • Kembric Universiteti
Mükafatları Red Cross Medal (Prussiya) Cross of Liberty, 2nd Class (Finlandiya) Cross of Liberty, 4th Class (Finlandiya) 2-ci dərəcəli Dəmir xaç Memorial medal of the War of Liberation (Finlandiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1888-ci ildə anadan olmuşdur. Onun maraq dairəsi Ural dillərinin araşdırılmasıdır. "Beiträge zur Frage nach dem Urspnıng der Jenissei-Ostjaken", "Über das Alter der ostjakischen und vogulischen Renntierzucht" kimi bir sıra yazıların müəllifidir. Ural dillərilə yanaşı əski və yeni türk dilləri ilə də olduqca dərindən məşğul olmuşdur. Dilçi-alimin "Zu den ältesten Berührungen zwischen Samojeden und Türken" başlıqlı yazısı olduqca dəyərli bir əsərdir. Bu yazıda Donner samoyedlər və türklər arasında olmuş qədim əlaqələri işıqlandırmış və çuvaş xüsusiyyətləri daşıyan dilin ortaq türk dilindən ayrılmasından öncəki dövrləri haqqında maraqlı fikirlər söyləmişdir. Donner nəinki əski türk yazıları ilə, həmçinin türk dialektlərinin öyrənilməsi ilə də məşğul olmuşdur. Onun 1956-cı ildə nəşr edilmiş "Kaça" sözlüyü alimlər tərəfindən bəyənilmişdir. Alimin "Kefçe dil örnekleri" əsəri onun vəfatından sonra dərc edilmişdir.

Donner 1935-ci ildə vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kay_Donner&oldid=7511578"
LOVE.AZ