. Love.az

Kazim Kazimzade - Wikipedia - Love.az

Ana Səhifə - Kazim Kazimzade

Kazım Məmmədəli oğlu Kazımzadə (10 avqust 1913[1], Bakı – 4 oktyabr 1992, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1964) və əməkdar incəsənət xadimi (1943). Stalin mükafatı (1950) və Azərbaycan SSR Dövlət mükafatı (1986) laureatı.

Kazım Kazımzadə
Digər adı Kazım Kazımov
Doğum tarixi 10 avqust 1913
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 4 oktyabr 1992 (79 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
  • İ. Repin adına Sankt-Peterburq İncəsənət Akademiyası[d]
Janrlar portret, İllüstrasiya, karikatur, qrafika
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 19641964 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943 "Stalin" mükafatı — 19501950 Azərbaycan SSR Dövlət mükafatı — 19861986
"Qırmızı əmək bayrağı" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

1913-cü il avqustun 10-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin "İsgəndərnamə" ("İqbalnamə"), "Sirlər xəzinəsi" (1940), "Leyli və Məcnun" (1947), "Xosrov və Şirin" (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş "Fitnə", "Sehrli üzük", "İsgəndər və çoban" kitablarına illüstrasiyalar çəkmişdir. "Cəbhə yollarında" (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir.

1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur. Bakı şəhərində Səməd Vurğun və Uzeyir Hacıbəyovun ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını məhz o vermişdir.

1952-ci ildən "Kirpi" jurnalı ilə əməkdaşlığa başlamış, həmçinin tarixi-inqilabi və məişət mövzularında rəsm silsilələri ("Bakıda inqilabi-tarixi hadisələr", "Tibb işçiləri") və tablolar ("416-cı diviziya döyüşdə", "Azad Kubada", "İraq lövhələri" və s.) yaratmışdır. Kinofilmlərə, dram və opera tamaşalarına, o cümlədən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu" operalarına geyim eskizlərinin, süjetli xalıların müəlliflərindəndir.

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 29 iyun 1964[⇨]
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 17 iyun 1943[⇨]
  • "Stalin" mükafatı (1-ci dərəcə) — 1950 (İ. Stalinin anadan olmasının 70 illiyinə (1949) həsr olunmuş xalçaya görə)
  • Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filminin geyim rəssamlığına görə)[⇨]
  • "Qırmızı əmək bayrağı" ordeni

Filmoqrafiya

redaktə
  • Bakıda küləklər əsir (film, 1974)
  • Bir qalanın sirri (film, 1959)
  • Bizim Cəbiş müəllim (film, 1969)
  • Əhməd haradadır? (film, 1963)
  • Hədiyyə xalçası (film, 1949)
  • Qanlı zəmi (film, 1985)
  • Qanun naminə (film, 1968)
  • Min bir xəzinə (film, 1976)
  • Üzeyir ömrü (film, 1981)

İstinadlar

redaktə
  1. ↑ Kazim Kazimzade // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL

Xarici keçidlər

redaktə
  • Unudulmaz Kazım müəllim
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kazım_Kazımzadə&oldid=6601980"
LOVE.AZ