. Love.az

Kellan Lats - Wikipedia - Love.az

Ana Səhifə - Kellan Lats

Kellan Kristofer Lats (ing. Kellan Christopher Lutz) — ABŞ kino aktyoru. 2008-ci ildə "Alatoran" filmində canlandırdığı Emmet Kallen rolu ilə məşhurlaşmışdı.

Kellan Lats
Kellan Lutz
Kellan Lats 2011-ci ildə GQ "İlin kişisi" mükafatının təqdimatında.
Kellan Lats 2011-ci ildə GQ "İlin kişisi" mükafatının təqdimatında.
Doğum adı Kellan Kristofer Lats
Doğum tarixi 15 mart 1985 (40 yaş)
Doğum yeri Dikinson, Şimali Dakota, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Uşağı 1
Fəaliyyəti aktyor, model
Fəaliyyət illəri 1999-cu ildən
Təhsili
  • Çepmen Universiteti[d]
Boyu 183 sm
Çəkisi 100 kq
IMDb ID1553725
www.kellanlutz.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Şəxsi həyatı
    • 3.1 Filantropiya
    • 3.2 Əlaqələri
  • 4 Maraqlı faktlar
    • 4.1 Anketi
  • 5 Filmoqrafiya
    • 5.1 Bədii filmlər
    • 5.2 Televiziya
  • 6 Digər
    • 6.1 Web seriallar
    • 6.2 Musiqi
    • 6.3 Kommersiya işləri
  • 7 Mükafat və nominasiyalar
  • 8 İstinadlar
  • 9 Xarici keçidlər

Həyatı

redaktə

Kellan Lats 15 mart 1985-ci ildə Dikkinson (Şimali Dakota) şəhərində anadan olmuşdu. O, ailənin dördüncü uşağıdır. Onun altı qardaşı və bir bacısı var. 14 yaşında ikən o, ailəsi ilə birgə Arizonaya köçür və orada aktiv idmanla məşğul olur. Kellan basketbol komandasında iştirak edir, həmçinin bilyard üzrə çempionatda qalib gəlir. Yeniyetməlik yaşında Kellan Dominikan Respublikasına gedərək, bu ölkənin mədəniyyətini və ispan dilini öyrənmək üçün bir semestr dərs almışdı[1]. Məktəbi bitirdikdən sonra, Kellan bir çox aktyorun da qarşılaşdığı dilemma ilə üzləşərək tədris və ya aktyor karyerası seçimi qarşısında qalır. Ailəsi onun aktyor karyerası seçiminə qarşı idi; buna görə də məktəbi bitirdikdən sonra, o Kaliforniyaya köçərək, Orange County`s Chapman Universitetində kimya mühəndisliyi fakültəsinə daxil olur, lakin sonra o universiteti ataraq, öz həyatını aktyor karyerası ilə bağlamaq qərarını alır.[2]

Kellan hələ təhsil alarkən əlavə pul qazanmaq məqsədilə model olaraq çalışır. Onun şəkilləri müxtəlif jurnalların üz qabağını bəzəməyə başlayır və hündür boyu, atletik bədəni və çox maraqlı xarici görünüşü tədricən onu dünya model biznesinin ulduzlarından birinə çevirir. Kellan model agentlikləri ilə əməkdaşlıq edir; xüsusən də Calvin Klein geyim brendinin alt paltarı reklamında çəkilməsi onu daha da məşhurlaşdırır.[1]

2004-cü ildə o, Amerikanın model agentliyi olan Hollisterin kampaniyası çərçivəsində düzənlənən reklam kataloqlarına daxil edilir.[3] O həmçinin geyim brendi olan Levi's firmasının reklamlarında da çəkilmişdi.[3] Kellan fotoqraf Mikael Yanssonun iştirakı ilə 2010-cu ildə Interview magazine üçün xüsusi fotolayihədə iştirak etmişdi. Hazırda Kellan Ford Models şirkəti ilə müqavilə imzalayıb.[4]

Karyerası

redaktə

Karyerasının başlanğıcında Kellan bir sıra televiziya şoularında iştirak etmişdi. O Model Citizens televiziya proqramında və Qayıdış teleserialında təkrarlanan rol almışdı, həmçinin Cəsur və gözəl CSI: NY, Əbədi yay, Müştəri həmişə ölüdür, CSI 2 və Qəhrəmanlar kimi teleseriallarda epizodik rollar canlandırmışdır.

Lats 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş Alatoran filmində Emmet Kallen rolunu canlandırır.[5][6]. O həmçinin paralel olaraq The CW telekanalında yayımlanan 90210 teleserialında Corc Evans rolunu ifa edir.[7]. Lats onunla birlikdə Alatoran filmində baş rola çəkilmiş yaxın dostu Eşli Qrinlə yenidən bir araya gələrək, Döyüşçünün ürəyi filmində çəkilir.[8]. Bundan başqa Lats 2010-cu ilin aprel ayında çəkilmiş Qarağac küçəsində qarabasma filmində yuxusunda onu təqib edən adamı gördüyündən yata bilməyən və buna görə də rəfiqəsi Krisin gözü qabağında böğazını kəsərək özünəqəsd edən Din Rassel rolunu,[9], 2011-ci ildə çəkilmiş Ölümsüzlər filmində isə dəniz tanrısı Poseydonu oynamışdı.[10]. Kellan Konan filmində baş rol almağa əsas namizəd olsa da, sonda bu rol Ceyson Marmoaya qismət olmuşdu.[11]. Kellan Mikki Rurkla birgə rejissor Konnor Ellin tərəfindən 2013-cü ildə çəkilmiş Yava bürküsü filmində Ceyk Travers rolunu canlandırmışdı.[12].

Şəxsi həyatı

redaktə

Filantropiya

redaktə

Lats heyvanları qoruyan PETA xeyriyyə cəmiyyəti ilə əməkdaşlıq edir. O, həmçinin, ulduzları heyvanları almağa deyil, küçədə qalan heyvanları qorumağa və evlərinə götürməyə çağırır.[13]. O həmçinin Nyu-Orleanın bərpasının, xüsusən də Sen Bernar layihəsinin həyata keçirilməsinin tərəfdarıdır.[14].

Lats ekzotik və yerli pişiklərin onixektomiya əməliyyatı (pişiklərin dırnaqlarını əməliyyat yolu ilə amputasiyası) haqqında Pəncə proekti adlı sənədli filmin çəkilişlərini təqdir etmişdi[15].

Əlaqələri

redaktə

Məlumdur ki, aktyor 2010-cu ilin noyabr ayından Anna Linn Makkord ilə görüşürdü. Məhz bu qız Alatoran filmində Rozali Heyl rolunu oynaya bilərdi. Hazırda Kellan və Anna ayrılıblar. 2011-ci ildən Kellanın rəqqasə və aktrisa Şarni Uinsonla münasibətdə olduğu məlumdur. Aktyor həmçinin Eşli Qrinlə dostluq edir.[16].

Maraqlı faktlar

redaktə
 
Kellan və onun rəfiqəsi Şarni Uinson
 
Kellan Lats San Dieqoda, 2012 Comic-Con film festivalında.
  • Aktyor Los-Ancelesdə yaşayır.
  • Kellan "Burlesk" filmində Cek rolunu almağa çalışırdı, lakin sonda bu rol aktyor Kem Jiqandeyə qismət oldu.
  • "People" jurnalının 2010-cu ildə tərtib etdiyi reytinqə əsasən, Kellan Con Hemm və Rayan Reynoldsdan sonra "Dünyanın ən seksual kişiləri" sırasında 3-cü yeri tutur.
  • Lats Calvin Klein geyim markasının yeni simasına çevrildi; Kellanın alt paltarı reklam çəkilişində atletik bədənini görən bir çox fanat öz heyranlığını gizlədə bilmədi[17].
  • Kellan ispan dilində sürətlə danışa bilir, o həmçinin öz məşğul qrafikində nəinki idman zalına, həmçinin beysbol, basketbol, tennis məşqlərinə getməyə də vaxt tapır.
  • Aktyor üzməyi, snoubord və dağ-xizək idman növləri ilə də məşğul olmağı çox sevir.
  • Kellan Lats Hilari Daffın "With love"[18], "Hinder" qrupunun "Without You" və Matchbox 20 qrupunun "Put Your Hands Up" mahnıların kliplərində çəkilmişdi[19].
  • Kellan Elis Uokerin "Purpur rəngi" (The Color Purple) romanını oxumağı çox sevir. O həmçinin yazıçı Con Qrişamın romanlarının pərəstişkarıdır[20].
  • Kellan anasını, Robert Redfordu və Leonardo Di Kaprionu özünə örnək və nümunə olaraq görür[20].
  • Onun sevdiyi musiqi qrup və ifaçılar içərisində Modest Mouse, Citizen Cope, 2-pac, Blue Man Group, Blue October, Chevelle, Coheed and Cambria, Damian Marley, Dilated Peoples, God Lives Underwater, Incubus, Ceyk Conson, Lupe Fiasko, Matisyahu, Nickelback, OneRepublic, Orgy, A Perfect Circle, The Postal Service, The Red Hot Chili Peppers, The Red Jumpsuit Apparatus, və Until June qeyd etmək olar[20].
  • Kellan Nintendo Wii, Microsoft Zune və Treonu çox sevir[20].
  • Kellanın fikrincə, onun əsas mənfi xüsusiyyəti — həddindən artıq rəqabət qabiliyyəti, müsbət xüsusiyyəti isə sakit və şən olmasıdır[20].

Anketi

redaktə
  • Boyu: 185 sm[21]
  • Çəkisi: 79 kq
  • Beli: 32 x 34 in[21]
  • Ayaqqabı ölçüsü: 46[21]
  • Geyim ölçüsü: 38[21]
  • Saçlarının rəngi: Sarışın[21]
  • Gözlərinin rəngi: Mavi[21]

Filmoqrafiya

redaktə

Bədii filmlər

redaktə
Filmlər
İl Ad Rol Qeyd
2006 Mərd ol! Frank
2006 Bizi gəbul etdilər! Dueyn
2007 Ghosts of Goldfield Çad Birbaşa videoda
2008 Axırıncı gecə Rik Leland
2008 Deep Winter Mark Rider
2008 Alatoran Emmet Kallen
2009 Unudulmuşlar Ceyk Birbaşa videoda
2009 Alatoran: Yeni ay Emmet Kallen
2010 Meskada Eddi Arlinger
2010 Qarağac küçəsində qarabasma Din Rassel
2010 Alatoran: Tutulma Emmet Kallen
2011 Hərbçinin ürəyi Konor Sallivan
2011 Əvvəl sevgi, sonra toy Çarli
2011 Arena Devid Lord
2011 Alatoran: Sübh. Hissə 1 Emmet Kallen
2011 Ölümsüzlər Poseydon
2012 Alatoran: Sübh. Hissə 2 Emmet Kallen
2013 Yava bürküsü Ceyk Travers
2013 Sirop Sneyki Pet
2013 Tarzan Tarzan
2014 Herakl: Əfsanənin başlanğıcı Herakl[22] Çəkilir
2014 The Expendables 3 Smayli Ekranlaşdırılma

Televiziya

redaktə
Teleseriallar
İl Ad Rol Qeyd
2004 Model Citizens Özünü oynayır İştirakçı
2004 Cəsur və gözəl Rob Epizod #1.4409
2005 CSI: NY Alex Hopper Episode: "Tri-Borough"
2005 The Comeback Chris MacNess 8 epizod
2005 Müştəri həmişə ölüdür Critter Episod: "Hold My Hand"
2005 Əbədi yay Fordie 2 epizod
2007 CSI: Crime Scene Investigation Chris Mullins Epizod: "Empty Eyes"
2007 Qəhrəmanlar Andy Epizod: "Five Years Gone"
2008 Qatil nəsli Cpl. Jason Lilley Miniseries
2008–2009 90210 George Evans 6 epizod
2012 Punk'd Özünü oynayır Ev sahibinin qonağı; epizod: "Kellan Lats"
2012 Studiya 30 Özünü oynayır Epizod: "Unwindulax"

Digər

redaktə

Web seriallar

redaktə
Web seriallar
İl Ad Rol Qeyd
2009 Valley Peaks Kyle McBride 2 epizod

Musiqi

redaktə
İl Ad Qrup/Musiqiçi
2007 With Love[23] Hilari Daff
2008 Without You[24] Hinder
Chainsaw Suit[25] Tayler Şilds

Kommersiya işləri

redaktə
İl Marka
2006 Hilari Daff Perfume: "With Love"[26]
2007 Diet Mountain Dew "Ferret"[27]
2010 Calvin Klein Underwear[28]
2011 Abbot + Main- Lanzamiento[29]
2012 Time Warner Cable[30]
Abbot + Main- Otoño/Invierno 2012[31]

Mükafat və nominasiyalar

redaktə
İl Mükafat Kateqoriya İş Nəticə
2010 Teen Choice Award Choice Movie: Scene Stealer Male[32] Alatoran: Yeni ay Qazandı
2011 Teen Choice Award Choice Movie: Male Scene Stealer[33] Alatoran: Tutulma Qazandı
2012 Teen Choice Award Choice Movie Scene Stealer: Male[34] Alatoran: Sübh. Hissə 1 Namizəd
2013 Teen Choice Award Choice Movie Scene Stealer[35] Alatoran: Sübh. Hissə 2 Qazandı

İstinadlar

redaktə
  1. ↑ 1 2 "1000 stars". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  2. ↑ Radish, Christina. "Kellan Lutz and His High Profile Projects". Media Blvd Magazine. August 8, 2008. May 2, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  3. ↑ 1 2  (ing.)"Advice From Abercrombie & Fitch Model Kellan Lutz". 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.
  4. ↑ "Kellan Lutz". 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.
  5. ↑ Carroll, Larry. "Twilight Film's First Family Revealed: Peter Facinelli, Elizabeth Reaser Lead Cullen Clan". MTV. March 13, 2008. March 25, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  6. ↑ Carroll, Larry. "Twilight Actor Kellan Lutz Talks New Moon Casting Rumors". MTV. March 9, 2009. April 26, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  7. ↑ "90210 Adds Vixen, Lacrosse Jock". 2008-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.
  8. ↑ Carroll, Larry. "Twilight Siblings Ashley Greene And Kellan Lutz Reunite As Love Interests In Warrior". MTV. December 19, 2008. December 20, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  9. ↑ Vary, Adam. "'Twilight' star Kellan Lutz in final talks to join 'A Nightmare on Elm Street'". Entertainment Weekly. Time. April 23, 2009. September 8, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  10. ↑ Dave McNary. "Kellan Lutz is one of Relativity's 'Gods'". Variety. March 22, 2010. January 5, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013. (#apostrophe_markup)
  11. ↑ "New Moon Actor Kellan Lutz Confirms Conan Consideration". 2010-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.
  12. ↑ "As budding film location, RI eyes further tourism boon". 30 noyabr 2013. 2011-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.
  13. ↑ "Kellan Lutz". Peta Tv. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  14. ↑ "Kellan Lutz And The St. Bernard Project In New Orleans-Gossip Teen". Gossipteen.com. 2010-08-31. 2011-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  15. ↑ Singer, Lisa. "Twilight Star's Purr-fect New Cause For Cats". Global Animal. 10/01/2013. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  16. ↑ Elliot, Stuart. "Узнай Всё". КЕЛЛАН ЛАТС БИОГРАФИЯ. December 18, 2006. July 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  17. ↑ "X Mark Your Spot". March 26, 2010. February 8, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 26, 2013.
  18. ↑ Elliot, Stuart. "Woman of a Scent". The New York Times. December 18, 2006. March 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2008.
  19. ↑ Carroll, Larry. "Twilight Tuesday: Kellan Lutz Talks "Hinder" Video, "Coolest Guy Ever" Emmett Cullen". MTV. November 4, 2008. December 20, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2008.
  20. ↑ 1 2 3 4 5 "Some Facts (Kellan Lutz)". March 26, 2010. April 11, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 27, 2013.
  21. ↑ 1 2 3 4 5 6 "Twifans" (ingilis). Twifans.com. 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  22. ↑ Kit, Borys; Masters, Kim. "Kellan Lutz Nabs Title Role in 'Hercules 3D' (Exclusive)". The Hollywood Reporter. April 5, 2013. May 18, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  23. ↑ "Hilary Duff - With Love". 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  24. ↑ "Hinder - Without You". 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  25. ↑ "Tyler Shields 2008". 2020-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  26. ↑ "Kellan Lutz Commercial [With Love]". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  27. ↑ "DIET MOUNTAIN DEW Ferret". 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  28. ↑ "Kellan Lutz en el comercial de ropa interior de Calvin Klein". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  29. ↑ "Abbot + Main Vídeo lanzamiento 2011". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  30. ↑ "Kellan Lutz en el comercial de Time Warner Cable inspirado en Crepúsculo". 2016-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  31. ↑ "Abbot + Main otoño/invierno 2012". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  32. ↑ Stransky, Tanner. "2010 Teen Choice Awards winners announced". Entertainment Weekly. Time. August 9, 2010. May 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2013.
  33. ↑ "Winners of "Teen Choice 2011" Announced". Teen Choice Awards. October 4, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  34. ↑ Mandell, Zack. "2012 Teen Choice Awards: The Show & the Winners". Yahoo! Voices. July 23, 2012. July 13, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr, 2013.
  35. ↑ "Teen Choice Awards 2013: Second Wave Of Nominations Announced". The Huffington Post. July 1, 2013. July 12, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr, 2013.

Xarici keçidlər

redaktə
Digər layihələrdə
  •  Vikisitatda əlaqəli sitatlar
  •  Vikianbarda əlaqəli media-fayllar
  • kellanlutz.com — rəsmi saytı
  • Rəsmi twitter hesabı
  • Kellan Lutz — IMDb səhifəsi (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kellan_Lats&oldid=7853094"
LOVE.AZ