. Love.az

Ken Carson - Wikipedia - Love.az

Ana Səhifə - Ken Carson

Ken Carson (11 aprel 2000, Atlanta[2]) — amerikalı repçi, müğənni-mahnı yazarı və musiqi prodüseri. O, 2022-ci ildə buraxdığı, ilk dəfə Billboard 200-ə daxil olan ikinci albomu "X" sayəsində məşhurlaşıb. Repçinin 2023-cü ildə yayımladığı üçüncü albomu "A Great Chaos" həmin hit-paradda 11-ci pilləyə yüksəlib. Ken Carson 2019-cu ildə repçi Playboi Carti tərəfindən təsis edilmiş, Interscope Records-un bir hissəsi olan Opium səsyazma leyblı ilə müqavilə bağlayıb.

Ken Carson
Ümumi məlumatlar
Doğum adı Kenyatta Lee Frazier Jr.[1]
Ləqəbi Ken Carson
Doğum tarixi 11 aprel 2000(2000-04-11) (25 yaş)
Doğum yeri
  • Atlanta[2]
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri
Fəaliyyət illəri 2015-ci ildən
Janrlar trep, rage rap[d], klaud rep[d]
Albom şirkətləri Interscope Records
İmzanın şəkli
kencarson.xyz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ken Carson 2020-ci ildə "Teen X" adlı minialbom və 2021-ci ildə "Project X" adlı ilk studiya albomunu çıxarıb. Debüt albomdan olan treklər "Rock N Roll" və "Run + Ran" TikTok sosial şəbəkəsində böyük populyarlıq əldə etmişdir. Repçinin Corciyadan olan həmyerlisi, Opium şirkətinin digər üzvü Destroy Lonely ilə yaxın əlaqəsi var, onlar tez-tez əməkdaşlıq edirlər.[3]

Mündəricat

  • 1 Musiqi üslubu
    • 1.1 Studiyada albomlar
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Musiqi üslubu

redaktə

Carsonun musiqi üslubu HotNewHipHop musiqi tənqidçisi Alexander Cole tərəfindən "təbiətcə enerjili olan elektron prodakşn" və diqqət mərkəzində olan "axınlara" malik olmaqla təsvir edilmişdir.[4] Pitchfork-dan Mano Sundaresan Carsonu onun mentoru Playboi Carti ilə, xüsusilə onun 2020-ci il Whole Lotta Red albomu ilə müqayisə etmişdir, həmçinin onun axını və düşüncə tərzinə görə Lil Uzi Vert ilə də müqayisə olunmuşdur.


Studiyada albomlar

redaktə
  • Project X (2021)
  • X (2022)
  • A Great Chaos (2023)
  • More Chaos (2025)


İstinadlar

redaktə
  1. ↑ https://www.ascap.com/repertory#/ace/performer/KEN%20CARSON.
  2. ↑ 1 2 https://www.udiscovermusic.com/news/ken-carson-drops-new-album-x/.
  3. ↑ billboardcharts. "Debuts on this week's #Billboard200..." (Tweet). October 23, 2023. İstifadə tarixi: October 24, 2023.
  4. ↑ Cole, Alexander. "Ken Carson "X" adlı yeni albomu ilə bəyanat verir". HotNewHipHop. 26 sentyabr 2022. 1 oktyabr 2022 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ken_Carson&oldid=8159896"
LOVE.AZ