Keniçi Fukui (福井 謙一; 4 oktyabr 1918[1][2][…] – 9 yanvar 1998[1][2][…], Kioto[3]) — Yapon kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1981).[5]
Keniçi Fukui | |
---|---|
福井 謙 | |
![]() | |
Doğum tarixi | 4 oktyabr 1918(1918-10-04)[1][2][…] |
Vəfat tarixi | 9 yanvar 1998(1998-01-09)[1][2][…] (79 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Vətəndaşlığı |
![]() |
Elm sahələri |
Fiziki kimya Üzvi kimya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Tanınır | Kimyəvi reaksiya nəzəriyyəsi, Stereokimya |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
Yaponiya kimyaçısı Keniçi Fukui 4 oktyabr, 1918-ci ildə Yaponiyanın Nara prefekturasında anadan olmuşdu. Kioto imperator universitetində sənaye kimyası kafedrasında oxumuş və 1941-ci ildə bitirmişdir. Əvvəlcə Yaponiya imperator ordusu üçün yanacaq istehsal edən zavodda işləmişdir. Onun akademik karyerası 1943-cü ildə Kioto imperator universitetində yanacaq kimyası kafedrasında başlamışdır və 1952-ci ildə həmin universitetin professoru olmuşdur.[6]
Keniçi Fukui 1982-ci ildə Kioto universitetinin əməkdar professoru olmuşdur. 1982-1988-ci illərdə Kioto texnaloji institutunun rektoru olmuşdur.
1988-ci ildən ölümünə qədər Fundamental kimya institutunun (institut yarandığı gündən) direktoru olmuşdur.
Onun tədqiqatları kvant kimyasına həsr olunub. 1952-ci ildə sərhəd orbitalları nəzəriyyəsinin əsasını qoyub. Benzol və naftalində karbon atomlarının sərhəd π-elektronlarının sıxlığını hesablayıb və göstərib ki, onların qiyməti və paylanması molekulun reaksiya qabiliyyətini müəyyən edir. 1954-1957-vi illərdə aralıq vəziyyətin formalaşması haqqında təsəvvürləri inkişaf etdirib.[7]
1960-1962-ci illərdə sərhəd orbitalları nəzəriyyəsini alifatik karbohidrogenlərin σ-elektronlarının sıxlığını, onların dissosiasiyası enerjisini, alifatik ionların və radikalların davamlılığının miqdarı xarakteristikasını hesablamaq üçün istifadə etmişdir. 1970-ci ildə çoxmərkəzli aktivləşdirilmiş komplekslərlə reaksiyalara tətbiqdə sərhəd molekulyar orbitallar nəzəriyyəsini inkişaf etdirmişdir.
1981-ci ildə “Kimyəvi reaksiyaların getməsi nəzəriyyəsini işləyib hazırladığına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.[8] Fukuini Yaponiyada təhsilin keyfiyyəti çox narahat edirdi.
Kimya üzrə Yaponiyada Nobel mükafatı lauretı olan Fukui belə növ məsələlərdə çox böyük məsuliyyət hiss edirdi. Fukui vəfat edərkən 1973-cü ildə fizika üzrə Nobel mükafatı almış Leo Esaki (hazırda Sukub universitetinin rektoru) demişdi: “Yaponiya yaxşı keyfiyyətli alim tədqiqatçılar yetişdirməlidir ki, onlar çoxlu Nobel mükafatları alsınlar və onda Fukuinin ruhu dünyada rahat olacaq” (Ashah Evenning News, January 10, 1998).
Keniçi Fukui 1983-cü ildən Yaponiya EA-nın üzvü idi.