. Love.az

Kerde Ullar - Wikipedia - Love.az

Ana Səhifə - Kerde Ullar

Kerde Ullar (est. Üllar Kerde; d. 1 aprel 1954, Tallin, Estoniya SSR, SSRİ) — Estoniya basketbol məşqçisi.

Üllar Kerde (1999)

Mündəricat

  • 1 Məşqçilik fəaliyyəti
  • 2 Nailiyyətləri
  • 3 Xarici keçid
  • 4 İstinadlar

Məşqçilik fəaliyyəti

redaktə

Kerde Ullar 1996-1999-cu illərdə "Tallinn" basketbol klubunun məşqçisi, eyni zamanda 1997-1999-cu illərdə basketbol üzrə Estoniya kişilərdən ibarət yığma komandanın assisenti, 1999-2001-ci illərdə basketbol üzrə Estoniya kişilərdən ibarət yığma komandanın məşqçisi olmuşdur. O, 1999-2002-ci illərdə Estoniyanın "Kalev" basketbol klubunun, 2002-2003-cü illərdə Finlandiyanın "Suomi Laxti" basketbol komandasının, 2003-2005-ci illərdə Tallin idman internatının basketbol komandasının, 2005-2007-ci illərdə Dalkiya basketbol komandasının məşqçisi olmuş, eyni zamanda həmin illərdə yenidən basketbol üzrə Estoniya kişilərdən ibarət yığma komandanın assisenti olmuşdur. 2007-2009-cu illərdə "Tartu Yulikooı/Rok" basketbol komandasının məşqçisi olan Kerde Ullar həm də 2008-2009-cu illərdə basketbol üzrə Estoniya kişilərdən ibarət yığma komandanın məşqçisi kimi fəaliyyət göstərmişdir. Kerde Ullar 2010-2011-ci illərdə Estoniyanın "Kalev" basketbol klubunun, 2013-2014-cü illərdə Rusiyanın "Dİnamo-2" (Moskva) basketbol komandasının məşqçisi olmuşdur. O, 2015-ci ildən Rusiyanın "Dİnamo" (Moskva) basketbol komandasının məşqçisidir.

Nailiyyətləri

redaktə
  •   Estoniya çempionu (4): 1996/1997, 1998/1999, 2001/2002, 2007/2008
  •   Estoniya çempionatının gümüş mükafatçısı (2): 1997/1998, 2000/2001
  •   Estoniya çempionatının bürünc mükafatçısı (2): 2005/2006, 2010/2011
  •   Superliqanın bürünc mükafatçısı: 2014/2015
  •   Estoniya kubokunun qalibi: 1998/1999
  •   Rusiya kubokunun finalçısı: 2014/2015|2014/2015

Xarici keçid

redaktə
  • Профиль на сайте БК «Динамо» (Москва)[ölü keçid]

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kerde_Ullar&oldid=7843113"
LOVE.AZ