Kim Petras (27 avqust 1992[1], Köln[d], Şimali Reyn-Vestfaliya) — Los-Ancelesdə fəaliyyətə başlayan alman müğənni, bəstəkar. 2021-ci ildə Amigo və Republic Records ilə müqavilə bağlamazdan əvvəl o, 2016–2020-ci illər arasında sahibi olduğu BunHead Records vasitəsilə müstəqil olaraq mahnılar[2] buraxmışdır.
Kim Petras | |
---|---|
alm. Kim Petras | |
![]() Petras 2021-ci ildə | |
Ümumi məlumatlar | |
Doğum tarixi | (32 yaş) |
Doğum yeri | Köln, Almaniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
|
Fəaliyyət illəri | 2008–h.h. |
Janr | |
Albom şirkəti |
|
Üzvlüyü | K/DA |
kimpetras.com | |
![]() |
Petras musiqi yazmağa yeniyetməlik yaşlarından başlayıb. 2011-ci ildə "One Piece of Tape" adlı debüt minialbomunu yayımlayıb. Müstəqil olaraq 2017-ci ildə "I Don't Want It at All" adlı debüt sinqlını çıxarıb. Onun həmin mahnısı beynəlxalq hitə çevrilib — Spotify və çox sayda musiqi hit-paradlarında birinci pilləyə çatıb.[3] Kimin Billboard-da hit adını qazanan digər mahnılarına daxildir: "Feeling of Falling" (Cheat Codes ilə), "Heart to Break" və "1, 2, 3 Dayz Up" (Sophie ilə birlikdə).
O, həmçinin "Petras Era 1" adlanan qeyri-rəsmi rəqəmsal sinqllar kolleksiyasını da təqdim edib. 28 iyun 2019-cu ildə "Clarity" adlı debüt studiya albomunu buraxıb.[4] Albom çıxmazdan əvvəl o, doqquz həftə boyunca tanıtım kampaniyası keçirib. Bu müddət ərzində o, vizual lirik video ilə həftədə bir sinql buraxıb. "Clarity" musiqi tənqidçilərindən bəyənmə qazanıb. Eyni zamanda, Heatseekers Chart-da yeddinci, Müstəqil Albomlar çartpnda isə 26-cı pilləyə çatıb. Petras 2019-cu ilin oktyabr ayında ikinci studiya albomu olan "Turn Off the Light"ı yayımlayıb. 2020-ci ildə Petras "Malibu" və Kygo ilə ikinci əməkdaşlığı olan "Broken Glass" mahnısı ilə daha bircuğur qazandı.
2021-ci ildə Petras Republic Records ilə müqavilə bağlayıb. 2022-ci ildə 7 trekdən ibarət minialbomu olan "Slut Pop"u dərc edib.
Kim Petras Köln şəhərində anadan olub. O, doğulanda kişi təyin edilərkən valideynləri onun qız kimi olduğunu öyrəndilər.[5] 2006-cı ildə, o zaman 13 yaşında olan Petras, cinsiyyət dəyişimini müzakirə etdiyi Alman televiziyasının cari məsələlər şousunda göründü. Petras 14 yaşında sənədli filmdə və tok-şouda,[6][7] Almaniyada minimum 18 yaşından əvvəl 16 yaşında cinsiyyətin erkən dəyişdirilməsi əməliyyatı üçün icazə almaq üçün təkan verdi Bu çıxışlar onun dəyişimini beynəlxalq mediada işıqlandırılması ilə nəticələndi və onu "dünyanın ən gənc transseksualı" kimi təqdim etdi.[8]
2007-ci ilin sentyabrında Almaniyanın saç salonları şəbəkəsində model oldu.[9] Petras Frankfurt Xəstəxanasının psixiatriya bölməsinin rəhbəri Dr Bernd Meyenburq tərəfindən qiymətləndirilmiş və 16 yaşında cinsiyyət əməliyyatı üçün təsdiq edilmişdir;[10] Petras 2008-ci ilin noyabrında əməliyyatın tamamlandığını elan etdi[11]. The Daily Telegraph Petrasın o dövrdə bu əməliyyatı keçirən dünyada ən gənc insan olduğunu iddia etdi. Əməliyyatı haqqında o, "Məndən soruşdular ki, indi özümü qadın kimi hiss edirəm — amma həqiqət odur ki, özümü həmişə qadın kimi hiss etmişəm — sadəcə olaraq yanlış bədənə düşmüşəm" dedi.[12]
BuzzFeed-ə verdiyi müsahibədə, yazdığı ilk mahnının "ikinci sinifdə oxuyan və məni sevməyən oğlan haqqında" olduğunu söylədi.[13]