Kiyonori Kikutake (yap. 菊竹 清訓; 1 aprel 1928[1][2][…], Kurume[d], Fukuoka prefekturası – 26 dekabr 2011[3][1], Yaponiya) — Metabolizm yapon memarlıq cərəyanının banilərindən biri[4] olan görkəmli yapon memarı. O Toyo İto və İtsuko Haseqava kimi bəzi mühüm yapon memarların ustadı və işəgötürəni olmuşdur.
Kiyonori Kikutake | |
---|---|
yap. 菊竹 清訓 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1928(1928-04-01)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 26 dekabr 2011(2011-12-26)[3][1] (83 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
![]() |
Kikutake 1928-ci ildə Kurumedə (Yaponiya) anadan olmuş və 1950-ci ildə Vaseda Universitetini bitirmişdi[5].
Kikutake 1953-cü ildə özünün "Kikutake Architects" memarlıq akademiyasını açmışdır[6].
1958-ci ildə metabolizmin manifesti olan dörd dirək üzərində ucaldılmış bir otaqdan ibarət "Sky house"[7] və ya "bir otağın evi"ni layihələşdirmiş və tikmişdi[4][5].
1959-cu ilin "Dəniz şəhəri" ("Marine Siti") layihəsi[8] ona məşhurluq qazandırmışdı. Bu layihə 1960-cı ildə Tokyoda Kenzo Tangenin rəhbərliyi altında keçirilən Dünya Dizayn Konfransında bəyan edilmiş Metabolizm Manifestini[9] formalaşdıran layihələrdən biri idi.
O, öz işini nümayiş etdirmək üçün Kisho Kurokava ilə yanaşı, 1961-ci ildə Nyü-Yorkda keçirilən "Vizyoner memarlıq" sərgisinə dəvət edilmişdi[9] və bunun sayəsində metabolizm cərəyanı beynəlxalq səviyyədə tanınmışdı.
Metabolizm cərəyanının nümayəndəsi olsa da, Kikutake hesab edirdi ki, yapon metabolizmi qərb metabolizmindən yerli ənənəyə (o cümlədən, kağız kuklalar yaradılması ənənəsi) daha yaxın olması ilə seçilir[10].
1960-cı illərdən başlayaraq Kikutake şəhər mərkəzlərinin tikilməsinin yüksək sıxlığı problemini tədqiq edir və bu problemi həll edə biləcək hündür binaların layihələndirilməsi prinsipini işləyib hazırlayır. Məsələn, reallaşdırılmış "Habitat" layihəsində o özünün dəniz şəhərləri, hündür göydələnlərin və meqastrukturların bəzi prinsiplərini canlandırmışdır[11].
Kikutake vəfat edənədək memar kimi fəaliyyət göstərmişdi. O həm də Yaponiya Memarlıq İnstitutunun prezidenti və fəxri prezidenti olmuşdur.
Kikutake bir çox yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür. Bu mükafatlar arasında Yaponiya Memarlıq Akademiyasının mükafatı (1970, UİA (Beynəlxalq Memarlar Birliyi) mükafatı (1978) və Ogüst Perre mükafatı da olmuşdur. Amerika Memarlar Assosiasiyasının (AİA) fəxri üzvü olmuşdur[6].