. Love.az

Klaus Yohannis - Wikipedia - Love.az

Ana Səhifə - Klaus Yohannis

Klaus Yohannis (rum. Klaus Werner Iohannis; 13 iyun 1959[1][2][…], Sibiu[3]) — Rumıniya prezidenti (2014-2025), alman əsilli Rumıniya siyasətçisi, ixtisaca fizika müəllimidir. 2000-ci ildən Sibiu şəhərinin meri olmuş, 2004, 2008 və 2012-ci illərdə Rumıniyanın Demokratik Forumundan namizədliyi irəli sürülməklə yenidən mer seçilib.

Klaus Yohannis
rum. Klaus Werner Iohannis
alm. Klaus Werner Iohannis‎
Rumıniya Prezidenti
21 dekabr 2014 – 12 fevral 2025
ƏvvəlkiTrayan Besesku
Şəxsi məlumatlar
Doğum adı Klaus Iohannis
Doğum tarixi 13 iyun 1959(1959-06-13)[1][2][…] (65 yaş)
Doğum yeri
  • Sibiu, Sibiu[d], Rumıniya[3]
Partiya
  • bitərəf (2014–)
Təhsili
  • Babeş-Boyyay Universiteti[d] (–1983)
Fəaliyyəti siyasətçi, dövlət xadimi, yazıçı
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[4]

Təltifləri Order of the Gold Lion of the House of Nassau (Niderland krallığı) Order of Merit of the Grand Duchy of Luxembourg (Lüksemburq) Great Silver Medal of Honour for Services to the Republic of Austria (Avstriya) "Rumıniya ulduzu" ordeni "Xidmətlərə görə" ordeni (Rumıniya) Knight Grand Cordon with Collar of the Order of Palestine — 2022 Officer's Cross of the Order of Merit of the Federal Republic of Germany (Almaniya) — 2014 Cross of the Order of Merit of the Federal Republic of Germany (Almaniya) — 2006 Collar of the Order of the Cross of Terra Mariana (Estoniya) — 2021 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni (Slovakiya) — 2016 "Respublika" ordeni (Moldova) "Stara Planina" ordeni (Bolqarıstan) — 2016 Officer of the Order of the Crown (Belçika) — 2009 "Ağ qartal" ordeni (Reç Pospolita) "İtaliya qarşısında xidmətlərə görə" ordeninin lentli böyük cəngavərlik xaçı Commander of the Order of the Star of Italian Solidarity (İtaliya)
Charlemagne Prize — 2020
İmzanın şəkli
iohannispresedinte.ro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

28 iyun 2014-cü il tarixindən Milli-Liberal Partiyanın sədridir, 2014-cü ildə prezident seçkilərində ACL seçki blokundan prezidentliyə namizəd olub.

16 noyabr 2014-cü ildə prezident seçkilərinin ikinci turunda 51 faiz səs toplayaraq Rumıniyanın növbəti dövlət başçısı seçilib[5].

Tərcümey-hal

redaktə

Klaus Yohannis 13 iyun 1959-cu ildə Sakson Susannı və Qustava Xayntsa Yohannisin ailəsində dünyaya gəlibdir. O, ailənin böyük uşağıdır. Onun ailəsi 1992-ci ildə Almaniya vətəndaşlığını almışdır. 1979-cu ildə Klaus Yohannis Babeşa-Boyai Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Universitet]]ə imtahan verib girdikdən sonra 9 ay müddətinə hərbi xidmətə getmişdir. 1983-cü ildə universiteti bitirdikdən sonra Sibiuda müxtəlif məktəb və kolleclərdə fizika müəllimi işləmişdir. 1989-cu ildən 1997-ci ilə qədər Samel fon Brukentalya adına gimnaziyada və Rumıniyada alman dilli məktəbdə işləmişdir. 1997-ci ildən 1999-cu ilə qədər Sibiu Judentsa əsas məktəbinin inspektor müavini işləmişdir. 1999-cu ildən 2000-ci ilə kimi isə mer vəzifəsinə seçilmiş və Judentsa məktəbini baş inspektoru olmuşdur. Klaus Yohannis mükəmməl rumın, alman və ingilis dillərinə sahibdir. 1989-cu ildən Karmen Yohannis ilə evlidir. Xanımı isə Sibiuda Georgiya Lazarya adına milli kollecdə ingilis dili müəlliməsi işləyir. Klaus Yohannisin dini inancı protestantdır. Rumıniyada Evanqeliçiskiy kilsəsinin üzvüdür.

İstinadlar

redaktə
  1. ↑ 1 2 http://www.faz.net/aktuell/politik/ausland/europa/klaus-johannis-gewinnt-praesidentenwahl-2014-in-rumaenien-13270731.html.
  2. ↑ 1 2 Klaus Werner Johannis // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ 1 2 Bürgerpräsident mit deutschen Tugenden.
  4. ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. ↑ "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-17.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Klaus_Yohannis&oldid=8054411"
LOVE.AZ