. Love.az

Komarov Itburnusu - Wikipedia - Love.az

Ana Səhifə - Komarov Itburnusu

Komarov itburnusu (lat. Rosa komarovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Komarov itburnusu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Qızılgülkimilər
Triba:
Roseae
Cins:
İtburnu
Növ:
Komarov itburnusu
Beynəlxalq elmi adı
  • Rosa komarovii Sosn., 1944[1]
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
EOL  637824

Mündəricat

  • 1 Ümumi yayılması
  • 2 Azərbaycanda yayılması
  • 3 Statusu
  • 4 Bitdiyi yer
  • 5 Təbii ehtiyatı
  • 6 Bioloji xüsusiyyətləri
  • 7 Çoxalması
  • 8 Təbii ehtiyatının dəyişilməsi səbəbləri
  • 9 Becərilməsi
  • 10 Qəbul edilmiş qoruma tədbirləri
  • 11 Zəruri qoruma tədbirləri
  • 12 İstinadlar
  • 13 Həmçinin bax

Ümumi yayılması

redaktə

Rusiyada (Dağıstan) təbii halda rast gəlinir.

Azərbaycanda yayılması

redaktə

Quba-Qusar (Laza kəndi), İsmayıllı (Balahəmzə, Kəlfərəc k.) və Füzuli rayonu ərazilərində rast gəlinir.

Statusu

redaktə

Azərbaycanın nadir bitkisidir. NT.

Bitdiyi yer

redaktə

Orta dağ və yuxarı dağ qurşaqlarında daşlı qayalı yamaclarda, meşənin açıq quru yerlərində çəmənliklərdə yayılmışdır.

Təbii ehtiyatı

redaktə

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri

redaktə

Təbiətdə 0,6-0,8 m hündürlüyü olan koldur. Birillik budaqlar tünd-qırmızı rəngdə, çılpaqdır. Qopartikan 1 mm-ə qədər uzunluqda və bir qədər arxaya doğru əyilməklə, qaidəsi nisbətən enliləşmişdir. Yarpaqları 2,2-4,5 sm uzunluqda, 1,2-2,8 sm enində, enli lanset şəkilli və ya enli ellipsvarı, aşağısı pazvarı, uca doğru daralmış, bir qədər küt, kənarı ikiqat mişardişlidir.

Yarpaqaltığı 3–4 mm uzunluqda, ensiz, xətvarı uzunsov, yumşaq tüklüdür. Çiçəkləri 3–4 mm uzunluqda, ensiz, xətvarı uzunsov, yumşaq tüklərlə örtülüdür. Meyvəsi 18 mm uzunluqda, 10 mm enində uzunsov ellips şəkilli, üzəri vəziciklərə örtülüdür. Iyun və iyul aylarında çiçək açır.

Çoxalması

redaktə

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

redaktə

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

redaktə

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

redaktə

Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

redaktə

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.

İstinadlar

redaktə
  1. ↑ The Plant List (ing.). 2010.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Komarov_itburnusu&oldid=6858542"
LOVE.AZ