Komla Dumor (ing. Komla Afeke Dumor; d. 3 oktyabr 1972, Akkra, Qana – ö. 18 yanvar 2014, London, İngiltərə, Böyük Britaniya) — məşhur afrikalı jurnalist; Böyük Britaniyanın "BBC World News" telekanalında Afrika ilə bağlı xəbərlər proqramının (ing. "Focus on Africa") məşhur aparıcısı.[2][3][4]
Komla Dumor | |
---|---|
ing. Komla Afeke Dumor | |
Doğum tarixi | |
Doğum yeri | Qana, Akkra |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri |
![]() |
Vəfat səbəbi | ürək tutması |
Uşağı | 3 |
Təhsili |
|
Fəaliyyəti | jurnalist |
Komla Dumor 3 oktyabr 1972-ci ildə Qananın paytaxtı Akkrada doğulmuşdur.[2] Atası Ernest Dumor bir sosiologiya professoru və anası Seselya Dumor isə kütləvi kommunikasiya üzrə magistr dərəcəsinə malik idi.[5] Babası Filip Qbeho, Qana himninin bəstəkarı idi.[6]
Komla Dumor 2001-ci ildə Kvansema Quansah ilə evlənmişdir. Bu evlilikdən onların üç övladı dünyaya gəlmişdir.[4][7]
Vətənində radiojurnalist kimi çalışaraq "İlin jurnalisti" adını alandan sonra 2007-ci ildə BBC-də işləməyə başlamışdı.[2]
Komla Dumor "Afrikanın 100 ən nüfuzlu adamı" reytinqində yer almışdı və onu "Afrikanın ulduzu" adlandırırdılar.[2]
18 yanvar 2014-cü ildə vəfat etmişdir. Onun cəsədi Londondakı evində tapılmışdır.[2]