Kompozit material, kompozisiya materialı və ya birləşmə materialı — əhəmiyyətli dərəcədə fərqli fiziki və kimyəvi xüsusiyyətləri olan iki və ya daha çox tərkibli materialdan hazırlanmış və birləşdirildikdə əvvəlkindən fərqli xüsusiyyətlərə sahib bir məmulat istehsal edən bir materialdır.
Kompozit materialları bir neçə komponentdən ibarət olan materiallardır. Adatən, kompozit material plastik bazadan (matrisadan) və ona əlavə möhkəmlik, sərtlik, yüngüllük və s. verən gücləndirici doldurucudan ibarət olur. İstifadə olunan materiallardan, onların miqdarından və istiqamətindən asılı olaraq kompozitlərin xüsusiyyətləri istənilən xassələri əldə etmək üçün dəyişə bilər.
Hər bir kompozitin tərkibində ümumiyyətlə iki növ material mövcuddur: matriks və möhkəmləndirici material. Bu materiallar bir-birindən fərqli fiziki xüsusiyyətlərə malikdirlər və onların bir araya gəlməsi ilə əmələ gələn kompozit material hər ikisindən də fərqli olan xüsusiyyətlərə malik olur. Ümumiyyətlə, möhkəmləndirici material (ing. reinforcement/alm. Verstärkung) daşıyıcı rolunu oynayır və ətrafındakı matriks mərhələsi onu bir yerdə saxlamağa və dəstəkləməyə xidmət edir. Qədim dövrlərdə kərpic evlərin əsas materialı olan torpaqla qarışdırılmış saman materialı da, Pətək panel (ing. Honeycomb Panel) matriksinə bir nümunədir. Matriks materialın inteqrasiyası, bütövləşdirilməsi deməkdir, qarışdırıldığı materialı daha da möhkəmləndirir və onun gücünü artırır.
Müasir dövrdə ən çox istifadə edilən kompozit materiallardan biri betondur. Sement və qumdan ibarət olan material polad dirəklərlə dəstəklənir. Başqa bir məşhur kompozit material isə kərpicdir. Palçıq və samanın qarışdırılması nəticəsində əldə edilən bu material eramızdan əvvəl VII minildən etibarən istifadə edilir və o, bəşər tarixində ən qədim tikinti materialı hesab olunur. Türkiyədə hələ də kənd yerlərində bu materialdan istifadə olunur. Bəzi ölkələrdə (məsələn, Yəmən) isə bu tikinti materialı hətta çoxmərtəbəli hündür binaların inşasında istifadə edilir.
Müasir dövrdə geniş yayılmış və müntəzəm olaraq istifadə olunan digər polimer matriksli kompozit isə tərkibində qeyri-üzvi və üzvi liflər (liflər: fiberqlas, karbon, aramid, polietilen, polipropilen və s.) olan fiberqlas birləşmə, yəni kompozit materiallardır.
Bu iki materialın mənşəyi biri daşıyıcı, digəri isə qoruyucu kimi təsnif edilən kompozit ərintiyə, bəzən alüminium materialına, bəzən isə istifadə və vizual erqonomika üçün müxtəlif xammallarla örtülmüş əsas gövdəsində ağır plastmas material ehtiva edən ərintilərə əsaslanır. Tikinti sahəsinin hər bir sektorunda istifadə edilən kompozit, ayrı-ayrı peşələrdə fərqli adlarla istifadə oluna bilər. Həmçinin betonda kompozit materiallardan biridir. Betonun tərkibi əvvəlcə sement qarışığı ilə, daha sonra qumla matriksləndiyi üçün, həmçinin də konstruksiya daxilində polad dirəklərlə möhkəmləndirildiyindən, ikiqat-üçqat kompozit materiallardan əmələ gəlir. Məhz buna görə beton kompozit material kimi xarakterizə edilir. Müasir dövrdə texnologiyanın müxtəliflik göstərməsi ilə bərabər:
Yüksək texnologiyadan istifadə edilərək böyük anqarlarda istənilən ölçü və miqyasda istehsal edilən, hündürmərtəbəli binalarda və reklam sektorunda üzlük və döşəmə materialı kimi istifadəyə təqdim edilən kompozit materiallar, geniş model və rəng seçimlərinə malikdirlər.
Vikianbarda Kompozit material ilə əlaqəli mediafayllar var. |