. Love.az

Konstantin Abramenko - Wikipedia - Love.az

Ana Səhifə - Konstantin Abramenko

Konstantin Maksimoviç Abramenko (rus. ́Константин Максимович Абраменко; 15 noyabr 1923, Gəncə – 28 noyabr 2005, Gəncə) — daha çox "Dyadya Kostya" kimi tanınan[1][2] SSRİ və Azərbaycan idman xadimi, məşqçi. "Azərbaycan SSR əməkdar məşqçisi" və "Əməkdar bədən tərbiyəsi və idman işçisi".[3][4]

Konstantin Abramenko
Константин Абраменко
Ləqəbi Dyadya Kostya
Doğum tarixi 15 noyabr 1923(1923-11-15)
Doğum yeri
  • Gəncə, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 28 noyabr 2005(2005-11-28) (82 yaşında)
Vəfat yeri
  • Gəncə, Azərbaycan
Dəfn yeri Gəncə Fəxri Xiyabanı
Mükafatları Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mükafatları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Konstantin Abramenko 15 noyabr 1923-cü ildə Gəncədə anadan olub. Gənc yaşlarında Gəncə dəmir yolu sistemində adi qaynaqçı kimi çalışıb. O dönəmlərdə futbola həvəsi olan Abramenko, uşaqları düşünərək, elə vağzalətrafı mikrorayonda öz gücü və vəsaiti ilə "Lokomotiv" adlı kiçik stadion qurub.[5][6] Onun yetirmələri sırasında Maşalla Əhmədov, Asif Əliyev, Mehman və Füzuli Allahverdiyev qardaşları, Əli Rəhimov, Xaliq Mərdanov, Mahmud Qurbanov, Cavid Əhmədov, Rövşən Əhmədov, Anar Kələntərov, Fazil Pərvərov, Yunis Hüseynov və Ceyhun İmamquliyev kimi futbolçular var.[5][7]

Konstantin Abramenko 28 noyabr 2005-ci ildə Gəncədə vəfat etmişdir. Gəncə Fəxri Xiyabanında dəfn edilib.[8][9].

Ailəsi

redaktə

Bir qızı var. O da atası vəfat etdikdən sonra evi satıb, Rusiyaya, qohumlarının yanına köçmüşdür.[9]

Mükafatları

redaktə
  • Azərbaycan SSR əməkdar məşqçisi: 1981[3]
  • Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi: 1991[3]

İstinadlar

redaktə
  1. ↑ "Gəncənin iki dahi məşqçisinin xatirə turniri KEÇİRİLDİ - FOTO". Bizim.media. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  2. ↑ "Bir gün Gəncədə - qəmli notlardan şən notlaradək - FOTOLAR". Sport24.az. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  3. ↑ 1 2 3 "ABRAMENKO Konstantin Maksimoviç". Ensiklopediya.gov.az. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  4. ↑ "Bədən tərbiyəsi və idman işçilərinin bir qrupuna "Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi" fəxri adı verilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 31 yanvar 1991-ci il tarixli, 153 nömrəli Fərmanı Arxivləşdirilib 2019-04-11 at the Wayback Machine  (az.)
  5. ↑ 1 2 "Gəncədə "Kostya dayının stadionu" bərpa edildi". 525.az. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  6. ↑ "Gəncədə "Dyadya Kostya"nın stadionu bərpa edildi - FOTO". bizim.media. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  7. ↑ ""Lokomotiv"ə getdim, bir gündən artıq qala bilməyib, geri qayıtdım" - Yunis Hüseynov". Qol.az. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  8. ↑ ""Kəpəz" "Kostya dayı"nın məzar daşını yeniləyib - FOTO". Msport.az. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  9. ↑ 1 2 Unudulmuş Abramenkoyla bitən era - LAYİHƏArxivləşdirilib 2016-04-26 at the Wayback Machine. futbolinfo.az, 21.04.2016  (az.)

Xarici keçidlər

redaktə
  • Konstantin Abramenkonun məzarı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Konstantin_Abramenko&oldid=7423282"
LOVE.AZ