. Love.az

Konstantin Krasuski - Wikipedia - Love.az

Ana Səhifə - Konstantin Krasuski

Krasuski Konstantin Adamoviç (2 (14) sentyabr 1867 və ya 14 (26) sentyabr 1867, Zaraysk, Ryazan quberniyası[d] – 7 aprel 1937, Bakı) — Professor, SSRİ EA-nın müxbir üzvü (1933).

Krasuski Konstantin
Krasuski Konstantin Adamoviç
Doğum tarixi 2 (14) sentyabr 1867 və ya 14 (26) sentyabr 1867
Doğum yeri
  • Zaraysk, Ryazan quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 7 aprel 1937(1937-04-07) (69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahəsi kimya
Elmi adı
  • professor
İş yerləri
  • Varşava Universiteti,
  • Kiyev Politexnik İnstitutu
Təhsili
  • Sankt-Peterburq Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d]
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası
Mükafatları Azərbaycan SSR əməkdar elm xadimi — 1936

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Elmi əsərlər
  • 4 Təltiflər
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Krasuski Konstantin Adamoviç 1867-ci il sentyabrın 14-də Moskva vilayətinin Zaraysk şəhərində anadan olub. 1891-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1902-ci ildə kimya üzrə magistr alimlik dərəcəsi, 1903-cü ildə professor elmi adı almışdır. 1902–1907-ci illərdə Varşava Universitetində professor kimi çalışıb, 1911-ci ildə Kiyev Universitetində kimya üzrə doktorluq dissertasiyası müdafiə edib, 1926-cı ildə Ukrayna SSR EA-nın, 1933-cü ildə isə SSRİ EA-nın müxbir üzvü seçilib. 1907–1912-ci illərdə Kiyev Politexnik İnstitutunda, 1913–1916-cı illərdə Kiyev Universitetində, 1916–1919-cu illərdə Xarkov Universitetində işləyib. 1929-cu ildə Azərbaycana dəvət olunub. 1929–30-cu illərdə Bakı Dövlət Universitetində, 1930–1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunda "Üzvi-kimya" kafedrasına rəhbərlik edib. 1935–1937-ci illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunun təşkilatçısı və ilk direktoru olub.[1]

Elmi fəaliyyəti

redaktə

K. Krasuskinin elmi fəaliyyətinin əsasını hipoxlorit turşusunun olefinlərə birləşmə qaydasının müəyyən edilməsi, üzvi oksidlərin iştirakı ilə gedən izomerləşmə reaksiyalarının öyrənilməsi, ammonyak və aminlərin üzvi oksidlərə təsirinin araşdırılması məsələləri təşkil edib. Onun tərəfindən müəyyən edilib ki, aminlər qeyri-simmetrik oksidlərə birləşən zaman hidrogen ən az olan yerə birləşir və nəticədə ikili aminospirt əmələ gəlir. Bu proses K. Krasuski qaydası adı ilə üzvi kimyada geniş istifadə olunur. Azərbaycanda üzvi kimya elminin inkişafında, elmi kadrların hazırlanmasında, üzvi kimya laboratoriyalarının təşkil edilməsində K. Krasuskinin böyük xidmətləri olub.

Elmi əsərlər

redaktə

K. Krasuski 60-dan artıq elmi əsərin müəllifidir.

Təltiflər

redaktə

K. Krasuski Azərbaycan SSR "Əməkdar elm xadimi" adına layiq görülüb.

İstinadlar

redaktə
  1. ↑ Mir-Babayev, Mir-Yusif. AZƏRBAYCAN NEFTİNİN QISA TARİXİ (İKİNCİ KİTAB) (az.). Bakı. 2015. 85.

Xarici keçidlər

redaktə
  • [1]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Konstantin_Krasuski&oldid=7886849"
LOVE.AZ