Konstantin Petroviç Pobedonotsev(rus. Константи́н Петро́вич Победоно́сцев; 21 may (2 iyun) 1827[1][2][…] və ya 2 iyun 1827[3], Moskva[5] – 10 (23) mart 1907[4] və ya 23 mart 1907[3], Sankt-Peterburq[5]) — Rusiya hüquqşünası.
Konstantin Pobedonotsev | |
---|---|
Konstantin Petroviç Pobedonotsev | |
![]() | |
Doğum tarixi | 21 may (2 iyun) 1827[1][2][…] və ya 2 iyun 1827(1827-06-02)[3] |
Doğum yeri |
|
Vəfat tarixi | 10 (23) mart 1907[4] (79 yaşında) və ya 23 mart 1907(1907-03-23)[3] (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas, siyasətçi, filosof |
Elmi dərəcəsi |
|
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Konstantin Petroviç Pobedonotsev 21 may 1827-ci ildə Moskva şəhərində anadan olmuşdu. 1841-1846-cı illərdə hüquq təhsili almışdı.
II Aleksandrın 1856-cı ildə tacqoyma mərasimində Moskvada kilsələrdən birində kilsə zəngi qırılıb yerə düşmüş iki adamın ölümünə səbəb olmuşdu. Beləcə, 1881-ci ildə II Aleksandr da öz həyatını faciə ilə başa vurur...
Bu hadisədən sarsılan, böyük həyəcan keçirən dövlət xadimi, ober-prokuror K.P.Pobedonotsev 1881-ci il martın 6-da qanlı hadisə ilə bağlı yeni imperator III Aleksandra yazır: “...Ya bu gün özünüzü və Rusiyanı qorumalısınız, ya da heç vaxt. Əgər Sizi əvvəlki kimi inandırmağa çalışsalar ki, sakitləşmək lazımdır, liberal istiqaməti davam etmək, necə deyərlər, ictimai fikirlərə güzəştə getmək lazımdır, Ali həzrətləri, Tanrı xatirinə qulaq asmayın... Qraf Loris-Məlikovu saxlamayın. Mən ona inanmıram. O, məzhəkəçi kimi ikili oyun oynaya bilər...O, ancaq liberal layihələr, daxildə isə intriqa oyunları apara bilər. Əgər Siz özünüzü onun əlinə versəniz Rusiya və Sizi məhvə doğru gətirər.”
Rusiyada məhkəmə islahatının həyata keçirilməsində Pobedonotsevin xidməti böyükdür. O, 1865-ci ildən III Aleksandra, II Nikolaya hüquq sahəsindən dərs keçmiş, hətta Bibliyanın tərcüməsi ilə məşğul olmuşdu. O,dövlətin əsasını kilsə və etiqadda görürdü: “...Din və xristianlıq dövlət və vətəndaş cəmiyyətinin mənəvi əsasıdır. Məhz biz görürük ki, siyasi partiyalar ictimai qaydalara qarşı ən düşmən mövqedədir, partiyalar radikal surətdə ən əvvəl dövləti inkar edir, din isə şəxsi, fərdi işdir.” Pobedonotsev Rusiyanı bu acınacaqlı vəziyyətə gətirib çaxaran amilləri qərb mütəfəkkirlərinin fəlsəfəsində görürdü. O, J.J.Russonun (1712-1778) fəlsəfə məktəbinin bəşəriyyətə çoxlu ziyan vurduğunu, mükəmməl insan təbiəti haqqında yanlış təsəvvürünü tənqid edirdi. Filosofun dövlətin xalqı idarəetməsi, yeni sosial modelləri, demokratiya haqqında ideyaları bu gün də bəzi dövlətlərdə həyata keçirilir.
Konstantin Pobedonotsev 23 mart 1907-ci ildə Sankt-Peterburq şəhərində vəfat edib.
Bədii ədəbiyyat: