. Love.az

Kordiyerit - Wikipedia - Love.az

Ana Səhifə - Kordiyerit

Kordiyerit — mineral, Al3Mg2 [AlSi5O18]. Mg Fe-la əvəz olunması adi haldır.

Kordiyerit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Mg₂Al₄Si₅O₁₈
Strunz təsnifatı VIII/C.06b[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][2]
Zolaq rəngi ağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

redaktə

Kordiyerit - rombik, psevdoheksaqonal- aşağı temperaturlu b-kordiyerit. Kordiyerit yüksək temperaturlu polimorf modifikasiyası - heksaqonal, indialit. Kordiyerit indialitə keçid 600-8300 C-də baş verir. Habitus prizmatik. İkiləşmə {110} və {130} üzrə sadə, polisintetik, sektorial üçlüklər və altılıqlar. Ayrılma {010} üzrə orta, {001} və {100} üzrə qeyri-mükəmməl. Aqreqat: dənəvər. Rəngi bozumtul-abı, göy. Sərtliyi 7. Xüsusi çəkisi 2,53-2,78. Muskovit, xlorit və pinitə keçir. Termiki metamorfizmə uğramış gilli-qumlu çöküntülərdə, regional metamorfizmin yüksək pilləli süxurlarında, qranit və peqmatitlərdə rast gəlinir. Növ müxtəlifliyi: ferrokordiyerit. Sinonim: İolit, Dixroit.

İstinadlar

redaktə
  1. ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
  2. ↑ mineralienatlas.de (ing.).

Mənbə

redaktə
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kordiyerit&oldid=6295127"
LOVE.AZ