. Love.az

Kosaku Hamada - Wikipedia - Love.az

Ana Səhifə - Kosaku Hamada

Kosaku Hamada (濱田 耕作, Hamada Kosaku?, 22 fevral 1881[1] – 25 iyul 1938[1], Kioto[1]) və ya Seyryo Hamada (濱田 青陵, Hamada Seyryo?) – Yaponiya arxeoloqu və sənətşünası.

Kosaku Hamada
yap. 濱田耕作
Doğum tarixi 22 fevral 1881(1881-02-22)[1]
Vəfat tarixi 25 iyul 1938(1938-07-25)[1] (57 yaşında)
Vəfat yeri
  • Kioto, Kioto prefekturası, Yaponiya[1]
Təhsili
  • Tokio Universiteti
Fəaliyyəti antropoloq, sənətşünas, arxeoloq, universitet müəllimi[d]
Üzvlüyü
  • Yaponiya Elmlər Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi töhfələri
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur.[2] 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır.[2] 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır.[2] 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur.[2] O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur.[2]

Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur.[2]

Elmi töhfələri

redaktə

Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur.[2] Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır.[2] Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, Koreya və Çində apardığı qazıntı işlərinə həsr olunmuşdur.[2] 1925-ci ildə Tokio Universitetinin professoru Yoşito Harada və Pekin Universitetinin professoru Ma Henlə birlikdə Uzaq Şərq Arxeologiya Cəmiyyətini qurmuşdur.[2] Bu təşkilatın məqsədi Uzaq şərqdə arxeoloji tədqiqatlarla məşğul olmaq və nəticələri bölüşmək idi.[2]

Hamada Çin və buddizm incəsənəti tarixi ilə də məşğul olmuşdur.[2] "Şina komeyki deyşo zusetsu" əsəri (1927) onun Çindəki arxeoloji tədqiqatlarının nəticələri haqqındadır.[2] "Tenşi keno şisetsu ki" (1931) isə 1582-ci ildə Avropaya göndərilmiş yapon missiyasının tədqiqatından ibarətdir.[2] Hamadanın ən tanınmış işlərinə Kioto Universitetindəki mühazirələrinə əsasən "Tsuron kokoqaku" (1922) və "Kokoqaku nyumon" (1930) əsərləri aiddir.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #1022550241 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 89. ISBN 0-87011-623-1. İstifadə tarixi: 25 avqust 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kosaku_Hamada&oldid=6594862"
LOVE.AZ