. Love.az

Kotandag - Wikipedia - Love.az

Ana Səhifə - Kotandag

Kotandağ – Babək rayonu ərazisində dağ (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 1,6 km-dək cənub-cənub-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit tərkibli, cənub-qərb yamacı sıldırımlı eyniadlı ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.[1]

Kotandağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1089,8 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Babək

Həmçinin bax:

redaktə
  • Gədikdağ
  • Alçalıdağ
  • Xarxat dağı
  • Xəzəryurd dağı
  • Əyridağ

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kotandağ&oldid=6087756"
LOVE.AZ