Kozimo Tura (it. Cosimo Tura və ya it. Cosmè Tura, təq. 1430, Ferrara - 1495, orada) - İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin yaradıcılarından biri.
Kozimo Tura | |
---|---|
Cosimo Tura | |
![]() Alleqorik fiqur (Kalliopa), təq. 1460 | |
Doğum tarixi | təq. 1430 |
Doğum yeri | Ferrara |
Vəfat tarixi | |
Vəfat yeri | Ferrara |
Milliyyəti | İtaliyan |
Fəaliyyəti | rəssam, qobelen sənətkarı[d] |
Stil | Ferrara rəssamlıq məktəbi |
![]() |
Paduada təhsil alan Kozimo orada Skvarçone, Krivelli, Paxer kimi rəssamların yaradıcılığı ilə tanış olmuş, Mantenya və Pyero della Françeskanın güclü təsiri altına düşmüşdü..1460-cı ildən o, Ferrara sarayında d'Este ailəsi üçün işləmişdir. Həmin dövrdə Tura, son qotika dövrünə aid elementlərdən istifadə edərək eklektik stil yaratmışdı.
Kozimo Turanın əsərlərinin əksəriyyəti günümüzə gəlib çatmayıb. Ferraradakı kafedralın orqan qapaqları (1469) və Roverella poliptixinin (1470-1474) hissələri hal-hazırda sökülüb və müxtəlif muzeylərdə saxlanılır. Ferrarada Palazzo Skifanoyadakı bir neçə freskanın müəllifi olduğu iddia edilir. (Turanın müəllifliyi qətiliklə sübut olunmayıb.)
Kozimo həyatının sonunu yoxsulluq içində keçirmişdi.