Kral pinqvini[3][4] (lat. Aptenodytes patagonicus Miller,JF, 1778) — uçmaq bacarığı olmayan pinqvinlər fəsiləsinə aid quş növü.
Kral pinqvini | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kral pinqvini |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Kral pinqvini imperator pinqvininə bənzəyir. Ancaq ölçü baxımındam ondan kiçik və parlaq rənglərə sahibdir. Bədənin uzunluğu 91 sm — 1 metr arasında dəyişir[5][6][7][8][9]. İri fərdlər boz rəngli belə sahibdirlər. Balalar qonur rəngə sahil olurlar. Böyür nahiyəsi ağdır.
Kral pinqvinləri Odlu Toppaq, Cənubi Georgiya, Cənubi Sandviç adaları, Prins-Eduard, Kroze, Kergelen, Herd, Makkuori adalarında yayılmışdır.
Kral pinqvinlərinin dünyada sayı 1 milyon başdır.
Kral pinqvinləri əsasən sərt quruluşlu suxurlar üzərində yuva qururlar. Çütləşməyə hazır olan erkək koloniyanın daxilinə gələrək başını yellədir. Bu onun boynunda olan narıncı ləkəni nümayiş etdirmək məqsədini gütür. Bəzən dişilər üstündə erkəklər mübarizə aparmalı olur. Dişini özünə cəlb ettdikdən sonra onlar arasında rəqs olur. Rəqs bitdikdən sonra dişi yerə uzannır. Erkək dişinin bel nahiyyəsinə minərək çütləşməni həyata keçirir. Çütləşmə anı 4–6 saniyə çəkir. Bu çür addımlar bir necə dəfə baş verir. Yumurta dekabr-yanvar ayları qoyulur. Ancaq bir yumurta qoyur. Dişilər yumurtanı ayaqları altında gizlədir. Gec qoyulan yumuradan çıxan bala ölümə məhkumdur.
İnsanların əl catan bölgələrdə pinqvin ovunu həyata keçirmələri XVIII əsrdən başlayır. 1918-ci ildə bəzi koloniyalarda sayları olduqca azalmışdır. Nəslin kəsilmə ehtimalı çoxalırdı. Ancaq görülən tədbirlər sayəsində papulyasiya bərpa olunmuşdur.
Ser Nils Ulaf — Norveç kral qvardiyasının briqada generalı. Hazırda Edinburq zooparkında yaşayır. |