Kresli Koul (ing. Kresley Cole) — Amerikalı yazıçı. Paranormal romans və gənc-fantastik janrlı kitabları bestseller olmuşdur. Üç Amerikanın Romantik Yazıçıları mükafatı almış və bu mükafatın Şöhrət Siyahısına daxil olmuşdur.
Kresli Koul | |
---|---|
Doğum tarixi | XX əsr |
Doğum yeri | |
Milliyyəti | Amerikalı |
Fəaliyyəti | 2003-indiyədək |
Əsərlərinin dili | İngiliscə |
Janrlar |
Romans Paranormal Gənc-fantaziya Uşaq ədəbiyyatı Fantaziya Tarix |
Tanınmış əsəri | Zülmətdən Sonrakı Ölümsüzlər |
![]() |
|
kresleycole.com |
Kresli Koul Zülmətdən Sonrakı Ölümsüzlər paranormal seriasının, gənc-fantaziya janrli Arsana Xronologiyası seriyasının, Oyun Ustaları erotik seriasının eləcə də 5 dəfə mükafat qazanmış tarixi janrlı romanların müəllifidir.
Magistatura dərəcəli və atlet olan Koul, unudulmaz obrazlar və hekayələr yarada bilmək üçün çoxlu səyahət edərək bu təcrübələrdən istifadə etmişdir.
Onun Zülmətdən Sonrakı Ölümsüzlər romanlar seriası dünya üzrə 20-dən artıq dilə tərcümə edilmiş, 3 RITA mükafatına layiq görülmüş vləcədə ABŞ-da bestseller olaraq ölkədə və ölkədən kənarda populyarlıq qazanmışdır.
Koul ailəsi ilə birlikdə Floridada yaşayır.
9 oktyabr 2015-ci ildə Deadline Hollywood Arsana Xronologiyasının Adam Şankman və Warner Brothers. tərəfindən televiziya serialının hazırlanacağı xəbərini verdi.[1]