. Love.az

Kreyq Devid - Wikipedia - Love.az

Ana Səhifə - Kreyq Devid

Kreyq Devid (ing. Craig David; 5 may 1981, Sauthempton, Böyük Britaniya) — Britaniyalı musiqiçi və bəstəkar.

Kreyq Devid
ing. Craig David
Ümumi məlumatlar
Doğum tarixi 5 may 1981(1981-05-05)[1][2] (44 yaş)
Doğum yeri
  • Sauthempton, Hempşir qraflığı[d], Birləşmiş Krallıq
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, musiqi prodüseri, mahnı yazarı[d]
Fəaliyyət illəri 1999-cu ildən
Janrlar ritm-n-blyuz, pop musiqisi, soul
Albom şirkətləri Atlantic Records
craigdavid.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Karyerası
  • 2 Diskoqrafiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Karyerası

redaktə

Kreyq Devid uşaqlıqdan musiqi ilə məşğul olub. İlk nailiyyəti Böyük Britaniyanın "I’m Ready" mahnı müsabiqəsində qalibiyyəti olub. Bundan sonra Kreyq Mark musiqiçi Mark Hill ilə tanış olur və onunla işləməyə başlayır. 2000-ci ildə "Born To Do It" adlı ilk albomu işıq üzü görür. Albom Böyük Britaniyanın ən çox satılan albomları sırasında birinci yerə qalxır və 19 yaşlı artist bu nailiyyəti qazanmış ən gənc müğənni kimi tarixə düşür. Albomun sinqlları olan "Fill Me İn", "7 Days", "Walking Away", "Rendezvous" dünya çartlarının ilk pillələrini tutur və Kreyqi bütün dünyada tanıdır. 2002 və 2003 illərində Kreyq Devid "Ən yaxşı vokal çıxışı" nominasiyasında 2 dəfə Qremmi mükafatının adayı olur.

2002-ci ildə Kreyq Devid "Slicker Than Your Average" adlı ikinci albomunu hazırlayır. Bu albom ilk alboma nisbətən az uğur qazansa da müğənni yenə də bir sıra mükafatlar qazanır və populyarlığını qoruyur. 2003-cü ildə Kreyq Devid musiqiçi Stinq ilə birlikdə ona böyük uğur gətirən "Rise & Fall" mahnısını yazır. Mahnı Böyük Britaniyada ilin ən uğurlu mahnıları arasında ikinci yeri tutur. 2005-ci ildə Kreyq Devid "The Story Goes...", 2007-ci ildə "Trust Me", 2010-ci ildə isə "Signed, Sealed, Delivered" adlı albomlarını buraxır. Bundan başqa 2008-ci ildə Kreyq Devid ən yaxşı mahnılarının daxil olduğu "Greatest Hits" albomunu buraxır və bu albom üçün "İnsomnia" adlı yeni sinql yazır. 2012-ci ildə Kreyq sayca 6-cı studiya albomunu buraxır və 2013-cü ildə dünya turuna çıxır.

Diskoqrafiya

redaktə
Studiya albomları
  • Born to Do It (2000)
  • Slicker Than Your Average (2002)
  • The Story Goes... (2005)
  • Trust Me (2007)
  • Signed Sealed Delivered (2010)
  • Following My Intuition (2016)
  • The Time Is Now (2018)
  • 22 (2022)
Toplu albomları
  • Greatest Hits (2008)

İstinadlar

redaktə
  1. ↑ Deutsche Nationalbibliothek Record #135167825 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ IMDb (ing.). 1990.

Xarici keçidlər

redaktə
  • Rəsmi sayt
  • Myspace səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kreyq_Devid&oldid=8103100"
LOVE.AZ