. Love.az

Kuroda Seyki - Wikipedia - Love.az

Ana Səhifə - Kuroda Seyki

Kuroda Seyki (黒田 清輝?, 9 avqust 1866, Hiqaşisenqoku[d], Kaqoşima – 15 iyul 1924[1][2][…], Tokio şəhəri[d]) və ya Kuroda Kiyoteru – Yaponiya rəssamı. Yaponiyanı impressionizmlə tanış etmişdir.[3] "Yaponiyada Qərb rəssamlığının atası" hesab olunur.[4]

Kuroda Seyki
yap. 黒田清輝
Doğum tarixi 9 avqust 1866(1866-08-09)
Doğum yeri
  • Hiqaşisenqoku[d], Kaqoşima qəsri[d], Kaqoşima rayonu[d], Kaqoşima, Yaponiya
Vəfat tarixi 15 iyul 1924(1924-07-15)[1][2][…] (57 yaşında)
Vəfat yeri
  • Tokio şəhəri[d], Tokio prefekturası[d], Yaponiya
Dəfn yeri
  • Hase məbədi[d]
Fəaliyyəti rəssam, siyasətçi
Təhsili
  • Nişoqakuşa Universiteti[d]
Mükafatları "Fəxri legion" ordeninin Böyük xaçı (Fransa)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İrsi
  • 3 Əsərləri
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

Həyatı

redaktə

Kuroda Seyki 1866-cı ildə müasir Kaqoşima prefekturasının ərazisində doğulmuş və dayısı Kuroda Kiyotsuna tərəfindən övladlığa götürülmüşdür.[3] 1884-cü ildə hüquq təhsili almaq üçün Parisə səyahət etmişdir.[3] Parisdə sənət əsərləri satmaqla məşğul olan Hayaşi Tadamasa, eləcə də, sənətşünaslıq tələbələri Yamamoto Hasui və Fuci Masazo ilə tanış olmuşdur.[3] İki il boyunca həm hüquq, həm də rəssamlıqla məşğul olmuşdur.[3] Lakin ailəsinin icazəsi ilə özünü tamamilə rəssamlığa həsr etməyə qərar vermiş və Rafael Kollenin tələbəsi olmuşdur.[3]

Kurodanın yaradıcılığı tanınmış və Fransanın bir sıra təsviri incəsənət cəmiyyətlərinə qəbul edilmişdir.[3] 1893-cü ildə Yaponiyaya qayıdaraq Meyci dövrünün Qərb rəssamlığında yeni istiqamət başlatmışdır.[3] O, Meyci Təsviri İncəsənət Cəmiyyətinə qoşulanda gənc üzvlər onun liderliyini sezmiş, mühafizəkarlar isə onu rəqib hesab etmişdirlər.[3] Kollenin digər tələbəsi olmuş Kume Keyiçiro ilə birlikdə fransız sisteminə əsaslanan Tenşin Doco studiyasını açmışdır.[3]

1896-cı ildə Kuroda və onun təqibçiləri Meyci Təsviri İncəsənət Cəmiyyətini tərk edərək Ağ At Cəmiyyəti adlı müstəqil rəssamlıq təşkilatı yaratmışdırlar.[3] Tezliklə ona Tokio İncəsənət Məktəbinə qoşulmaq barədə təklif gəlmiş və o, Yaponiyada Qərb rəssamlığının liderinə çevrilmişdir.[3] 1897-ci ildə çəkdiyi "Göl kənarı" əsəri onun ən tanınmış əsəri hesab olunur.[3] 1900–01-ci illərdə Parisdə Yaponiya Təhsil Nazirliyinin nümayəndəsi kimi işləmiş və Parisdə beynəlxalq sərgilərdə çıxış etmişdir.[3]

Kuroda 1907-ci ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunan Bunten sərgisinin hakimi təyin olunmuş, 1919-cu ildə İmperiya evinin rəssamı seçilmiş, 1919-cu ildə isə Yaponiya Təsviri İncsənət Akademiyasının üzvlüyünə qəbul edilmişdir.[3] 1922-ci ildə bu təşkilatın prezidenti seçilmişdir.[3] 1920-ci ildə Yaponiya parlamentinin deputatı olmuşdur.[3] O, 1930-cu ildə İncəsənət Tədqiqatı İnstitutunun əsasını qoymuşdur.[3]

İrsi

redaktə

Kurodanın "Göl kənarı" və "Mayko" əsərləri Yaponiya hökuməti tərəfindən buraxılmış poçt markalarının üzərində təsvir edilmişdir.[4] Tokio Milli Muzeyində onun əsərlərinin sərgiləndiyi Kuroda Memorial Zalı yaradılmışdır.[4] Google 9 avqust 2022-ci ildə Kurodanın 156 illiyi münasibətilə dudl təqdim etmişdir.[4]

Əsərləri

redaktə
  •  
    "Mandolin tutan qız", 1891.
  •  
    "Mayko", 1893.
  •  
    "Göl kənarı", 1897.
  •  
    "Çəmən", 1907.
  •  
    "Zanbaqlar", 1909.
  •  
    "Sakuracimanın püskürməsi", 1914.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Oxford Art Online (ing.). [Oxford, England]: OUP, 2002.
  2. ↑ 1 2 Seiki Kuroda (nid.).
  3. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Kodansha Encyclopedia of Japan
  4. ↑ 1 2 3 4 "Seiki Kuroda's 156th birthday". Google (ingiliscə). 9 avqust 2022. 23 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2022.

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe). Tokio: Kodansha. 1983. səh. 315. ISBN 0-87011-624-7. İstifadə tarixi: 23 oktyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kuroda_Seyki&oldid=7854781"
LOVE.AZ