Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (dekabr 2023) |
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (dekabr 2023) |
Kursiv – [lat. cursivus, cursus – qaçış, hərəkət; cursiva littera – əlyazma] 1) maili mətbəə hürufatı, maili yazı; 2) sitatda müəllifin nəzərə çarpdırdığı söz, ifadə və ya cümlə; 3) çap şrifti formalarından biri; 4) mətnin müəyyən hissəsini fərqləndirmək məqsədilə hərflərin sağa meylli, əlyazmasına bənzər şəkildə
yığılması. Sözün kursivlə yığılması üçün əlyazmasında onun altında dalğalı xətt çəkilir; 5) latın və qədim yunan yazısında sürətli yazı xətti.
Bu məqsədlə qələmin ucu kağızdan götürülmədiyi üçün hərflər bitişik yazılır. Bu məqalədə “şrift” və “sürətli yazı” sözləri kursivlə yığılmışdır; 6) əlyazmasını xatırladan maili mətbuat şrifti.
Ən qədim antik kursiv yazısı I-II əsrlərə aiddır. Bizans – yunan yazısında XI əsrdən yayılmışdır.