. Love.az

Kyuo Sibata - Wikipedia - Love.az

Ana Səhifə - Kyuo Sibata

Kyuo Şibata (柴田 鳩翁, Şibata Kyuo?, 4 iyun 1783[1], Kioto – 13 iyun 1839[1]) və ya digər adı ilə Kenzo[2] – Yaponiya təbliğatçısı və Edo dövründə yaranmış Şinqaku etika məktəbinin alimi.[3]

Kyuo Şibata
Doğum tarixi 4 iyun 1783(1783-06-04)[1]
Doğum yeri
  • Kioto, Kioto prefekturası, Yaponiya
Vəfat tarixi 13 iyun 1839(1839-06-13)[1] (56 yaşında)

Həyatı

redaktə

Kyuo Şibata 1783-cü ildə Kiotoda doğulmuşdur.[2] Buddist keşişi olduqdan sonra Kyuo adını götürmüşdür.[2] O, 20 yaşlarında olanda qəhrəmanlıq nağıllarının – kodanın peşəkar nəqlçisi olmuş, bu sənətdəki bacarıqlarına görə məşhurlaşmışdır.[3] 30 yaşlarının sonunda Satta Tokukenin şagirdi olmuş və ondan Şinqaku dərsləri almağa başlamışdır.[3] Həyatının qalan hissəsini sənətlə, səyahət etməklə və mühazirələr verməklə keçirmişdir.[3] 44 yaşında görmə qabiliyyətini itirmişdir.[3]

Sadə və inandırıcı üslubu fermerlər, samuraylar və zadəganlar tərəfindən bəyənilməsinə səbəb olmuşdur.[3] 1835-ci ildə nəşr olunmuş və Bayqan İşida tərəfindən tərtib olunmuş "Kyuo dova" adlı əsəri Şinqaku alimlərinin əsərləri arasında ən əhəmiyyətli işlərdən biri hesab olunur.[3][2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Kyūō Shibata // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  2. ↑ 1 2 3 4 The Japan Biographical Encyclopedia & Who's Who
  3. ↑ 1 2 3 4 5 6 7 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1376. İstifadə tarixi: 26 yanvar 2023.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 84. ISBN 0-87011-627-4. İstifadə tarixi: 26 yanvar 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kyuo_Şibata&oldid=6860577"
LOVE.AZ