. Love.az

Larix Decidua - Wikipedia - Love.az

Ana Səhifə - Larix Decidua

Larix decidua (lat. Larix decidua) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin larix cinsinə aid bitki növü.

Larix decidua
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Laricoideae
Cins:
Larix
Növ:
Larix decidua
Beynəlxalq elmi adı
  • Larix decidua Mill., 1768
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183410
NCBI  71402
EOL  1061656

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Sinonimləri
    • 3.1 Homotipik sinonimləri
  • 4 Yarımnövləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Arealı

redaktə

Qərbi və Şimali Avropanın qarışıq meşələrində, şərqdə isə Karpat dağlarına qədər yayılmışdır. Təbii arealının sərhədləri Alp və Karpat dağlarında əsaəsn dağlıq ərazidə olub, 1000-2500 m hündürlükdə yerləşir. Aşağı sahələrdə küknar və qara şamla qarıçıq bitir.

Botaniki xarakteristikası

redaktə

Bu növ uzunömürlülüyü ilə fərqlənir, 500 və daha çox il yaşayır. Hündürlüyü 35-50 m-ə çatır. Çətiri konusvarı, əyilən budaqlardan ibarətdir. Gövdəsinin diametric 1,6 m, qabığı qonur rəngli və dərin çatlıdır. İynəyarpaqları açıq-yaşıldır, çox zaman mavi təbəqə ilə örtülü olur. Qozaları sentyabrda yetişir, lakin növbəti ilin yazında açılır. Budaqları üfüqi və ya yuxarı qalxan, nazikdir, tez böyüyür. İynəyarpaqları zərif, ensiz-xətvarıdır, uzunluğu 1,5-4,5 sm-ə çatır, rəngi parlaq-yaşıl, payızda isə qızılı-sarı olur, qışda tökülür. Uzunluğu 2,5-4 sm-ə çatan qozaları yumurtavarı-konusvarı, qonur rənglidir. Cavan qozaların toxum qabıqlarının kənarları dalğalı, seyrək tükcüklü, yetişmiş qozalarda hamar, enli-yumur, zəif qabarıq, kürəyində zolaqlı, çılpaqdır. Toxumları yumurtavarıdır. 3-4 mm uzunluqda, qanadları isə 18 mm uzunluqda olur. Kənar qabıqları uzunluğuna görə toxum qabıqlarının 2/3 hissəsinə bərabərdir. İçərisində 40-50 ədəd toxum olur, toxumla çoxalır. Məhsuldar, orta rütubətli, şəffaf torpaqlara tələbkar, işıqsevəndir.

Sahələrin və sənaye ərazilərinin yaşıllaşdırılmasında geniş istifadə olunur. Hər 0,5 m məsafədən canlı hasar kimi əkilir. Qubada, Gəncədə və Bərdədə tək-tək nümunələrinə təsadüf edilir. Qrup və tək əkinlər üçün yararlıdır. Böyümə dövründə üzvi gübrələr verilməlidir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Abies larix (L.) J.St.-Hil.
  • Larix communis Lindl.
  • Larix larix (L.) H.Karst.
  • Larix pyramidalis Salisb.
  • Larix vulgaris Fisch. ex Spach
  • Peuce larix (L.) Rich.
  • Picea larix (L.) Peterm.
  • Pinus laeta Salisb.
  • Pinus larix L.

Yarımnövləri

redaktə
  • Larix decidua var. carpatica Domin
  • Larix decidua var. decidua
  • Larix decidua var. polonica (Racib. ex Wóycicki) Ostenf. & Syrach

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Larix_decidua&oldid=8108215"
LOVE.AZ