Leonlu Tereza (port. Teresa de Leão; təq. 1080 – 11 noyabr 1130, Qalisiya) — Kastiliya və Leon kralı VI Alfonsonun nigahdan kənar qızı, Portuqaliya qrafinyası.
Leonlu Tereza | |
---|---|
port. Teresa de Leão isp. Teresa de León qalis. Tareixa Afónsez | |
![]() | |
Portuqaliya qrafinyası | |
1096 – 24 iyun 1128 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1080 |
Vəfat tarixi | 11 noyabr 1130 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Uşaqları | 8 (Urraca Henriques, Infanta of Portugal, Sancha of Portugal, Theresa de Bourgogne, I Afonso, Teresa Fernández de Traba daxil olmaqla) |
![]() |
Təxminən 1080-ci ildə dünyaya gəldi. Atası Kastiliya və Leon kralı VI Alfonso, anası isə onun məşuqələrindən Jimena Munozdur. 1096-cı ildə fransız əsilli zadəgan Burqundiyalı Henriylə evləndirildi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.
Toy hədiyyəsi olaraq cütlük Leon krallığının tabeliyindəki Portuqaliya qraflığına yüksəldi. 1096-1112-ci illər boyunca əriylə birlikdə bögənin idarəsini əlində topladı. 1112-ci ildə ərinin ölümüylə 3 yaşlı oğlunun naibəsi olaraq bölgənin idarəsində əlində saxladı. Zaman keçdikcə muxtariyyət qazanmağa başlasa da, sevgilisi Fernando Perez de Trava ilə birlikdə dövləti idarə etməsi yerli zadəganların narazılığına səbəb olmuşdu. 1120-ci illərin sonlarında oğluyla münasibətləri pisləşdi. 1128-ci ildə baş tutan döyüşdə oğlunun dəstəkçiləri tərəfindən məğlub edildi və siyasətdən kənarlaşdırıldı. 1130-cu ildə Qalisiyada vəfat etdi.