Lesovski burnu (esk. Агнык) — Çukot yarımadasının şərqində, Berinq dənizinin sahilində yerləşən burun. İnzibati cəhətdən Çukot muxtar dairəsi, Providenski rayonu ərazisinə daxildir.
Lesovski burnu | |
---|---|
Yerləşməsi | |
64°19′55″ şm. e. 173°32′09″ q. u.HGYO | |
Akvatoriya | Berinq dənizi |
Ölkə |
![]() |
Provideniya buxtasının qərb çıxacağında yerləşir. Materikə ensiz bərzəklə birləşir. Şimaldan isə Qlubokoye gölünün akvatoriyası ilə hüdudlanır. Yaxınlıqda iki naviqasiya mayakı və keçmiş hidrometeostansiyanın binası yerləşir.
Burun 1876-cı ildə Rusiya Sakit okean hərbi-dəniz qüvvələrinin kamandanı Stepan Lesovskinin şərəfinə adlandırılmışdır. Eskimosca adı — Агнык — "gün".
Qayalarda yuva quran quşlar: Ağılsız, Berinq qarabatdağı, Sakit okean kütdimdiyi, Sakit okean təmizçisi[1].