Leyli Vəliyeva (tam adı: Leyli Fətulla qızı Vəliyeva; 17 iyul 1969, Seyidlər, Zəngilan rayonu) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2002).
Leyli Vəliyeva | |
---|---|
Leyli Fətulla qızı | |
Doğum tarixi | 17 iyul 1969(1969-07-17) (55 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1994-cü ildən |
Mükafatları |
![]() |
Leyli Vəliyeva 1969-cu ildə Azərbaycan Respublikası Zəngilan rayonunun Seyidlər kəndində doğulub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. O, bir neçə bədii və telefilmlərdə çəkilmişdir. Respublika və Beynəlxalq Teatr Festivalları laureatıdır.