Nofəl Vəliyev (tam adı: Nofəl Abdulməcid oğlu Vəliyev; 20 yanvar 1973, Göyçay — Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti. Qabaqcıl təhsil işçisi (2023)
Nofəl Vəliyev | |
---|---|
Nofəl Abdulməcid oğlu Vəliyev | |
Doğum adı | Nofəl Abdulməcid oğlu Vəliyev |
Doğum tarixi | 20 yanvar 1973(1973-01-20) (52 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | |
Atası | Abdulməcid Vəliyev |
Fəaliyyəti | aktyor, rejissor |
Mükafatları |
![]() ![]() |
Nofəl Vəliyev 20 yanvar 1973-cü ildə Göyçayda anadan olmuşdur. 1979-cu ildə orta məktəbə daxil olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. 2006-cı ildə Rusiya Federasiyası Staraya Russa şəhərində keçirilən Dostoyevski adına Beynəlxalq Festivalın laureatıdır. N. Vəliyev bir neçə televiziya tamaşalarında və telefilmlərdə çəkilmişdir.
Dram və kino aktyoru kimi film, reklam və kliplərə çəkilir. Televiziya filmlərində kadrarxası mətn oxuyur.
Aktrisa Leyli Vəliyeva ilə evlidir.
2002-ci ildə N.Vəliyev "Əməkdar artist" fəxri adı ilə təltif edilmişdir.
2015-ci ildə Türkiyədə məşhur kino və teatr aktyorlarının iştirakı ilə təşkil edilən yay məktəbinin yekununda Nofəl Vəliyevin hazırladığı "Qaçaq qocalar" tamaşası "Ən yaxşı rejissor işi" nominasiyasında mükafata layiq görülüb.[1] 19 noyabr 2015-ci ildə Türkiyənin nüfuzlu "XV Direklerarası Seyirci Ödülləri"nin təqdimat mərasimində "Ən yaxşı rejissor" mükafatına layiq görülmüşdür.[2]
10 may 2019-cu ildə[3], 7 may 2020-ci ildə[4] və 7 may 2021-ci ildə[5] Prezident Mükafatına layiq görülmüşdür.
2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.