Li Kotomi (りことみ, Ri Kotomi?, 26 dekabr 1989, Tayvan) və ya Li Sinfen (çin. 李琴峰) – Çin və yapon dillərində yazan Tayvan yazıçısı. O, Akutaqava mükafatına layiq görülən ilk tayvanlı yazıçıdır.[3]
Li Kotomi | |
---|---|
![]() | |
Təxəllüsü | 李琴峰[1] |
Doğum tarixi | 26 dekabr 1989(1989-12-26) (35 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | romançı |
likotomi.com | |
![]() |
Li Kotomi 1989-cu ildə Tayvanda doğulmuşdur.[4] 15 yaşında yapon dilini öyrənməyə və Çin dilində bədii əsərlər yazmağa başlamışdır.[4] Milli Tayvan Universitetindən məzun olduqdan sonra 2013-cü ildən Yaponiyada yaşayır.[5][6] Vaseda Universitetində təhsil aldıqdan sonra[5] yapon dilində yazdığı ilk romanı olan "Solo rəqs" romanına görə 2017-ci ildə Qunzo Yeni Yazıçı Mükafatına layiq görülmüşdür.[6] Kitabın Çin dilinə tərcüməsi Tayvanda nəşr olunmuşdur.[4] Bundan sonra həm çincə, həm yaponca yazmağa davam etmişdir.[6] 2019-cu ildə yapon dilində yazdığı "Beşə qədər saysan aypara" romanı Akutaqava mükafatına namizəd göstərilmişdir.[6]
2021-ci ildə "Qırmızı hörümçək zanbaqlarının çiçəkləndiyi ada" romanına görə Akutaqava və Yukio Mişima mükafatlarının,[7] "Parlaq qütb ulduzunun gecəsi" romanına görə isə Yaponiya Təhsil Nazirliyinin yeni sənətçilər üçün təsis etdiyi Cəsarətləndiricilik mükafatının qalibi olmuşdur.[4] O, Akutaqava mükafatını udan ilk tayvanlı və ana dili yaponca olmayan ikinci yazıçıdır.[8]