Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Jazz FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio.
«LiderJazz FM» Radiosu 15 noyabr 1999-cu il tarixdən 107 FM dalğasında yayımlanır. İlk səslənən musiqi "Eagles" qrupunun "Hotel California" mahnısı olub. 1 yanvar 2004-ci ildən etibarən isə "jazz" formatında yayımlanmağa başladı. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2011-ci il tarixli qərarı ilə «Lider Tv və Radio–Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. 1 iyun 2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio–Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi "Lider TV və Radio–Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb. 16 iyun 2020-ci il tarixində iddia təmin edilib və telekanal və radionun tabe olduğu şirkət müflis elan edilmişdir. Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Lider TV və Radio–Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edildi.
Beləliklə, "Lider TV və Radio–Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.