Lion (azərb. Şir) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən "Queendom" şousu üçün buraxılmış mahnı. 25 oktyabr 2019-cu ildə şounun "Queendom Final Comeback" minialbomu üçün buraxılmışdır.[1] Mahnının sözləri Soyon tərəfindən yazılmışdır. "(G)I-dle" bu mahnı ilə şouda üçüncü yeri tutmuşdur.[2] Mahnı 6 aprel 2020-ci ildə qrupun "I Trust" minialbomuna daxil edilmişdir.
"Lion" | ||||
---|---|---|---|---|
![]() | ||||
I-dle tərəfindən "Queendom Final Comeback" və "I Trust" albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 25 oktyabr 2019 | |||
Janr | dans-pop | |||
Müddət | 3:31 | |||
Prodüser | Soyon, Big Sancho | |||
Sözlərin müəllifi | Soyon | |||
Studiya | Cube Entertainment | |||
I-dle sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
"Lion" — YouTube platformasında
|
Mahnı tənqidçilər tərəfindən bəyənilmiş, onu "ilin mahnısı", qrupu isə "gənc şir" adlandırmışdırlar.[3][4] "Lion" qrupun imza mahnılarından birinə çevrilmişdir.[5] "Melon" tərəfindən Bütün dövrlərin top 100 K-pop mahnısından biri seçilmişdir.[6]
24 oktyabr 2019-cu ildə Mnet "Queendom" verilişinin final epizodu üçün ilkin baxış yayımlamışdır.[7] Növbəti gün "(G)I-dle" öz final mahnısını müxtəlif musiqi striminq saytlarında buraxmışdır.
Final epizodundan əvvəl Mnet "Lion" mahnısını və konsepsiyasını təqdim edən klip yayımlamışdır. Mahnının sözlərini yazan Soyon "Kral Aslan" filmindən ilham aldığını açıqlamışdır: "Bir şir kraldır, biz kralıq".[8] Mahnı 25 oktyabr 2019-cu ildə rəqəmsal olaraq buraxılmışdır.[9][10] Növbəti gün Spotify-da yayımlanmışdır.[11]
"(G)I-dle" mahnını ilk dəfə 31 oktyabr 2019-cu ildə "Queendom" verilişinin final yayımında ifa etmişdir.[12] Mahnı üçün qrupun canlandırdığı səhnə "əfsanəvi" adlandırılmışdır.[13][14] Səhnəni izləyən "AOA" üzvləri performansı bəyənmiş, üzvlərdən biri "Sanki altı şir kraliçasını izlədiyimi hiss etdim. Heyran qaldım. Möhtəşəm idi" fikirlərini açıqlamışdır.[15]
1 noyabr 2019-cu ildə video 1 milyon baxışı keçmiş, Koreya Youtube-nun ən çox izlənən videolarından biri olmuşdur.[16] İki həftə sonra 8,8 milyon baxışa çatmışdır.[17] 7 noyabr 2019-cu ildə "(G)I-dle" mahnını "M Countdown" xüsusi səhnəsində ifa etmişdir.[18]
Koreya veb-jurnalı "IZM" mahnını 2019-cu ilin ən yaxşı 10 sinqlı siyahısına salmışdır.[3] "Idology" veb-jurnalı da mahnını ilin ən yaxşı 10 mahnısından biri hesab etmişdir.[19] "Melon" mahnını Bütün dövrlərin top 100 K-pop mahnısı siyahısında 49-cu yerdə göstərmişdir.[20]
İl | Təşkilat | Kateqoriya | Nəticə | İst. |
---|---|---|---|---|
2020 | Qızıl Disk Mükafatı | Ən yaxşı qadın performansı mükafatı | Qazandı | [21] |
2020 | Koreya Musiqi Mükafatı | Ən yaxşı pop mahnısı | Namizəd | [22] |