. Love.az

Livan Gurzesi - Wikipedia - Love.az

Ana Səhifə - Livan Gurzesi

Nəhəng gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü.

Livan gürzəsi
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Livan gürzəsi
Beynəlxalq elmi adı
  • Macrovipera lebetina L., 1758[1][2]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  634977
NCBI  8709
EOL  1055892

Mündəricat

  • 1 Görünüşü
  • 2 Yayılması
  • 3 Həyat tərzi
  • 4 Bölgü
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Görünüşü

redaktə

Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Başı olduqca iri və enlidir. Ağzı yuvarlaq, gözləri şaqulidir. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur.

Yayılması

redaktə

Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, orta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir. Azərbaycanda əsasən Abşeron yarımadasında rast gəlinir.

Həyat tərzi

redaktə

Gürzələrə əsasən dağ çölləri, səhralar, yarımsəhralar, çay dərələrərində rast gəlinir. Pamirdə 2500 metr yüksəkliklədə, Türkmənistanda 2000 metrdə belə yaşaya bilir. Qışlamadan mart-aprelin əvvəllərində qayıdır. Onların fəallığı üçün +10° lazımdır. Qışlamaya gedərkən qruplar halında 12 baş olmaqla birliklər təşkil edirlər. Gürzələr üzümlüklərdə belə görünürlər. Burada onlar insanlar ziyan vuran qarğaları ovlayırlar. Onlar yumurta qoymaqla çoxalırlar. Yumuta qoyma iyunun sonu, avqustun əvvəlırinə tsadüf edir. Gürzələr 8–25 olmaqla yumurta qoyur. Sentyabrda yumurtadan balalar çıxır. Onların uzunluğu 276 mm, çəkiləri 11 q təşkil edir. Zəhəri çox təhlükəlidir. Adamı öldürməyə yetərlidir. Əvvələr Zirədə ilan zəhərini toplayan müəssisə fəaliyyət göstərirdi.

Bölgü

redaktə

Əvvələr gürzələr Əsl gürzələr cinsinə aid edilirdi. Hazırda isə Nəhəng gürzə aid edilir. Ümumilikdə 6 yarımnövü vardır:

  • Macrovipera lebetina lebetina — Kipr adasında.
  • Macrovipera lebetina cernovi
  • Macrovipera lebetina obtusa - Nəhəng gürzə - Dağıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, İran, İraq və Suriya
  • Macrovipera lebetina peilei — Tam dəqiqləşdirilməmiş yarımnöv
  • Macrovipera lebetina transmediterranea
  • Macrovipera lebetina turanica — Orta Asiya gürzəsi — Qazaxıstan, Tacikistan, Pakistan və Əfqanıstan və Hindistan.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
  2. ↑ The Reptile Database (ing.). / P. Uetz 2015.

Xarici keçidlər

redaktə
  • Gürzə [ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Livan_gürzəsi&oldid=8133037"
LOVE.AZ