. Love.az

Lloqara Milli Parki - Wikipedia - Love.az

Ana Səhifə - Lloqara Milli Parki

Lloqora (alb. Parku Kombëtar i Llogarasë/Llogorasë) — Albaniyanın cənub-qərbində yerləşən milli park. Vlyora bölgəsinidə, Vlyora şəhərindən 40 km cənubda yerləşir. Ölkənin ilk yaradılmış milli parklarından biri. Park 1966-cı ilin 21 nayabrında yaradılıb.[1] Milli Parkın sahəsi 10,1 hektardır. Ərazinin 470 metrdən 2018 metrə qədər olan şimal hissəsini meşə örtüyü tutur.

Lloqara
alb. Parku Kombëtar i Llogarasë
Lloqarada meşə massivi
Lloqarada meşə massivi
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 10 ha
Yaradılma tarixi 21 noyabr 1966
Yerləşməsi
40°12′52″ şm. e. 19°34′51″ ş. u.HGYO
Ölkə  Albaniya
Region Vlyora
Lloqara xəritədə
Lloqara
Lloqara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lloqara aşırımında meydana gələn hava axınları ərazidə bitən ağaclara qeyri-adi forma veriri. Bəzi ağaclar yer səthinə tam fərqli bir bucaq üzrə bitirlər. Məsələn "Bayraq şamı" ağacı.(alb. Pisha e Flamurit). Aşırım boyu uzanan yolda çoxlu turistlər üçün istirahət və gecələmə məntəqələri var. Milli parkın ərazisi piyada turizm həvəskarlarının sevimli məkanıdır. Parkda hər il beynəlxalq paraplan yarışları keçirilir.[2]

Mündəricat

  • 1 Florası
  • 2 Faunası
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Florası

redaktə

Bu region aralıq dəniz bitkilərinin müxtəlifliyi ilə seçilir. Park ərazisində alp və subalp çəmənlikləri, qara şam (lat. Pinus nigra), Pinus heldreichii (Pinus heldreichii), makedoniya ağ şamı (Abies borisii-regis), göyrüş (Fraxinus) kimi ağac bitkiləri geniş yayılıb. Nadir və sayı azalmış növlərdən giləmeyvəli qaraçöhrə (Taxus baccata) və keçibuynuzu (Ceratonia siliqua) misal göstərmək olar.[3]

Faunası

redaktə
 
Ağbaş kərkəs
  • Ağbaş kərkəs
  • Berqut
  • Lan
  • Avropa cüyürü
  • Meşə pişiyi
  • Qarapaça
  • Adi sincab
  • Adi canavar
  • Tülkü

Park ərazisində müxtəlif kəpənək növlərinə də, rast gəlinir.[4]

İstinadlar

redaktə
  1. ↑ "RRJETI I ZONAVE TË MBROJTURA NË SHQIPËRI" (PDF). 2017-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-05-06.
  2. ↑ Llogara Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine, www.parksdinarides.org
  3. ↑ National Park of Llogara Arxivləşdirilib 2017-10-15 at the Wayback Machine, akzm.gov.al
  4. ↑ James William Tutt. The Entomologist's Record and Journal of Variation Arxivləşdirilib 2017-10-15 at the Wayback Machine. 1996. tom.108.s.232

Xarici keçidlər

redaktə
  • Llogara, Vlora Albania Arxivləşdirilib 2013-09-15 at the Wayback Machine
  • Llogora Tourist Village
  • Albania Open Para-gliding Competition
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lloqara_Milli_Parkı&oldid=8108209"
LOVE.AZ