Lloyd Şepli (ing. Lloyd Shapley; d. 2 iyun 1923 ö. 12 mart 2016) — amerikalı riyaziyyatçı və iqtisadçı. Tanınmış nəzəri fəaliyyətləri riyazi iqtisad sahəsində, xüsusilə də Oyunlar nəzəriyyəsi haqqındadır. 2012-ci ildə Elvin Rotla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[4]
Lloyd Şepli | |
---|---|
ing. Lloyd Shapley | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri |
Massaçusets ![]() |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() |
Elm sahələri |
Riyaziyyat İqtisadiyyat |
İş yerləri |
ABŞ Ordusu (1943-1945) Prinston Universiteti (1953-1954) Rand Kooperasiyası (1948-1949; 1954-1981) Los Anceles Kaliforniya Universiteti |
Təhsili |
|
Tanınır |
Şepli dəyəri Şepli-Şubik güc indeksi Stoxastik oyunlar Bondareva-Şepli teoremi Şepli-Folkmen lemma və teoremi Qeli-Şepli alqoritmi Potensial oyun Bazar oyunları Nüfuz paylanması |
Üzvlüyü |
|
Mükafatları |
![]() |
![]() |
Lloyd Şepli 2 iyun 1923-cü ildə ABŞ-nin Massaçutest ştatında anadan olub. Atası tanınmış astroloq Herlou Şepli idi. İlk və ikinci dərəcəli təhsilindən sonra Harvard Universitetində təhsilə başlamışdır. Lakin İkinci Dünya müharibəsi zamanı, 1943-cü ildə əsgərliyə aparılmışdır. Eyni ildə ABŞ Ordusu Hərbi Hava Qüvvələrinin çavuşu olaraq Çinə göndərilmişdir. Burada olarkən SSRİ ordusunun istifadə etdiyi hava vəziyyəti şifrələrini aşkara çıxarması səbəbindən Amerikanlmn Bürünc Ulduz medalı ilə təltif edilmişdir.
Müharibənin sona çatmasından sonra ABŞ-yə dönüb 1948-ci ildə Harvard Universiteti Riyaziyyat fakültəsindən məzun olmuşdur. Bundan sonra ABŞ-də qabaqcıl nəzəri araşdırma mərkəzlərindən biri olan Rand Kooperasiyasında bir il çalışdı. Sonra 1950-ci ildə Prinston Universitetində çalışıb dissertasiya hazırlayaraq 1953-də doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsi aldıqdan sonra bir müddət Prinston Universitetində işlədi. Sonra 1964-1981-ci illərdə karyerasını Rand Kooperasiyasında davam etdirdi. Lloyd Şepli 1981-ci ildə təqaüdə çıxdı, amma Los Anceles Kaliforniya Universitetində Riyaziyyat və İqtisadiyyat fakültələrində Fəxri professor olaraq işləyib.