Elvin Rot (ing. Alvin Eliot Roth; 18 dekabr 1951[2][3] və ya 19 dekabr 1951, Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2012-ci ildə Lloyd Şepli ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[4]
Elvin Rot | |
---|---|
ing. Alvin Eliot Roth | |
![]() | |
Doğum adı | Alvin Eliot Roth |
Doğum tarixi | (73 yaş) |
Doğum yeri |
Nyu York ![]() |
Vətəndaşlığı |
![]() |
Elm sahələri |
Oyunlar nəzəriyyəsi Bazar quruluşu Təcrübi iqtisad |
İş yerləri |
İllinoys Universiteti (1974-1982) Pitsburq Universiteti (1982-1998) Harvard Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Robert Vilson |
Üzvlüyü | |
Mükafatları |
![]() |
profiles.stanford.edu/al… | |
![]() |
Elvin Rot yəhudi əsilli bir ailənin övladıdır. Evlidir və iki uşağı var. Elvin Rot Universitet diplomunu Nyu Yorkdakı Kolumbiya Universitetindən 1971-ci ildə almışdır. Sonra Stanford Universitetində Əməliyyatlar tədqiqatı sahəsində çalışmış və burada 1973-cü ildə magistr, 1974-cü ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Stanford Universitetində təhsildən sonra 1974–1982-ci illərdə İllinoys Universitetində işləmişdir.
Sonra Pitsburq Universitetində işləmiş və tədqiqatlar aparmışdır. 1982–1985-ci illərdə "A.U.Mellon İqtisad Professoru" və 1985–1998-ci illərdə Biznes İnzibatçılığı Professoru vəzifələrində çalışmışdır.
Daha sonra təhsil və araşdırma üzvlüyü üçün Harvard Universitetinə keçmiş və bu universitetdə İqtisadiyyat fakültəsi və Harvard Biznes İnzibatçılığı məktəbində çalışmışdır. 2012-ci ildə bu universitetdən icazəli olaraq Stanford Universitetinə "qonaq professor" olaraq təyin edilmişdir.
Elvin Rot "Alfred Sloan Fəxri üzvü", "Quqqenheym Şərəf üzvü" və " Amerika İncəsənət və Elmlər Akademiyasına Fəxri üzvü" adlarına layiq görülmüşdür. 1986–1995-ci illərdə İsrail universitetlərində qonaq professorluq etmişdir. İqtisadi Araşdırmalar üzrə Milli Büro və Ekonometrika Cəmiyyətinin üzvüdür. 1991-ci ildə Amerika Əməliyyat Cəmiyyəti tərəfindən Lençestr mükafatına layiq görülmüşdür.