F-35 Joint Strike Fighter (JSF)- Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən (stealth), tək pilotlu, tək mühərrikli hərbi döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün inkişaf etdirilib. F-35 təyyarəsinin 3 əsas növü var: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı. 31 iyul 2015-də ilk F-35 eskadrilyası ABŞ-də keçirilən intensiv test və yoxlamadan sonra xidmət üçün hazır elan edildi. F-35 Müştərək Qırıcı Təyyarə proqramının tenderində qalib olan X-35-dən törəyib. Lokhid Martin aerokosmik şirkətinin mütəxəssisləri tərəfindən dizayn olunaraq hazırlanıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib. 2020-ci ildən artıq bir ədədi 80 milyon dollara olacaq təyyarələrin 2023-cü il satış qiymətinin 80 milyon dollardan da az olması gözlənilir. Buna səbəb kimi isə ABŞ Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində çoxillik kontraktın imzalanması göstərilir. 2019-cu ildə F-35A-nın qiyməti 89,2 milyon, F-35B-nin 115,5 milyon, F-35C-ninki isə 107,7 milyon dollar dəyərindədir.[5]
Lockheed Martin F-35 Lightning II | |
---|---|
![]() | |
Tipi | beşinci nəsil qırıcı, Çoxməqsədli qırıcı, Stels Təyyarə, Döyüşçü-bombardmançı təyyarə |
Hazırlayan | Lockheed Martin |
İstehsalçı | Lockheed Martin |
İlk uçuş | 15 dekabr 2006 |
İstismara verilmə tarixi | 31 iyul 2015[1][2][…] |
İstismarçılar | |
Buraxılış sayı | 610[4] |
![]() |
F-35 konstruksiyasının seçimi 2001-ci ildə JSF (ing. Joint Strike Fighter-Vahid Hücum Qırıcısı) proqramı çərçivəsində Boeing (X-32 modeli) və Lokhid-Martin (X-35 modeli) şirkətləri arasındakı rəqabət nəticəsində seçilib. Proqram F-16, A-10, F/A-18, AV-8B qırıcılarını əvəz etmək üçün şaquli və qısaldılmış qalxma və enmə imkanı olan Hava Qüvvələri, Hərbi Dəniz və Dəniz Piyadaları üçün qırıcının vahid modelinin yaradılmasını nəzərdə tuturdu. Makdonnell Douglas şirkətinin təklif etdiyi üçüncü model konstruksiyanın mürəkkəbliyi səbəbindən rədd edilmişdi. F-35 dünyanın ən böyük və ən bahalı hərbi təyyarə layihəsidir. "Lockheed Martin" şirkətinin podratçısı olduğu və 194 000 personalın çalışdığı proqramın ilk qırıcısı 2006-cı ildə havaya qalxıb və layihə 30-40 illik (bəzi məlumatlarda 2070-ci ilə qədər) bir dövrü əhatə edir. "Lockheed Martin"in F-35 "Joint Strike Fighter" proqramının dəyəri 2018-ci ildə təxminən 406 milyard dollara çatıb. Proqramın sonuna qədər bu rəqəmin 3 dəfə arta biləcəyi iddia edilir.ABŞ-də ilk prototipi 2000-ci ildə hazır olan təyyarə, ilk dəfə 2005-ci ildə havaya qalxıb, 2015-ci ildə isə silahlanmaya qəbul edilib. Hazırda F-35 ailəsinin aid qırıcılarının seriya istehsalı davam edir. 2011-ci ilin aprelinə qədər təyyarənin hazırlanmasına 56 milyard dollardan çox vəsait xərclənib. Yeni seçilmiş prezident Donald Trampın sözlərinə görə, layihənin tam dəyəri 400 milyard dollar olub.
Bu təyyarələr Əfqanıstanda və Suriyada döyüş əməliyyatlarında iştirak edib.[6]
F-35A modeli ənənəvi üsulla havaya qalxır, F-35B şaquli enmə və qalxma qabiliyyətinə malikdir, F-35C isə aviadaşıyıcılardan katapultun köməyi ilə qalxa bilir.
Stels texnologiya döyüş təyyarəsinə yerüstü radarlar tərəfindən qeydə alınmadan düşmən ərazisinə nüfuz etməyə imkan verir. Düşmən təyyarələri ilə daha sıx təmasda olduqda, F-35 digər təyyarələrin radarlarında kiçik bir en kəsik kimi görünür, bu isə pilota düşmən qırıcısına birinci hücum etməyə imkan verir. Pilotun dəbilqəsinə yerləşdirilən displey, qırıcının havadakı mövqeyindən asılı olmayaraq hədəfə atəş açmağa imkan verir. Yəni birbaşa hədəfin qarşı tərəfində yerləşmək vacib deyil. Bundan əlavə, F-35 qırıcıları düşmən radarlarını "söndürmə" funksiyasına malikdir. Bu qırıcıların sınaqlarında 65000 göstəricinin sınaqdan keçirilib. Qırıcının bir saat havada qalması 35000-44000 dollara başa gəlir.[6]
Təyyarənin radioelektron mübarizə sistemi “BAE Systems” şirkəti tərəfindən təchiz edilir.[7]
Tam dolu yanacaqla: A:0.89 B:0.92 C:0.81
50% yanacaqla: A:1.12 B:1.10 C:1.01
F-35A: 1,081 km
F-35B: 868 km
F-35C: 1,138 km